
“Məhəbbət əfsanəsi” baleti Daşkənd teatrının səhnəsində
Avqustun 24-25-də Özbəkistanda keçirilən Qazaxıstan Günləri çərçivəsində “Astana-Balet” teatrının kollektivi Daşkəndin Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrında görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletini təqdim edəcək.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, Yuri Qriqoroviçin yaratdığı bu şedevr ilk dəfə Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında, sonra isə Moskvadakı Böyük Teatrda təqdim edilib. Onun quruluş verdiyi tamaşanı “Astana-Balet“də Qriqoroviçin köməkçiləri, keçmişdə Böyük Teatrın solistləri olmuş Ruslan Pronin və Oksana Tsvetnitskaya səhnələşdiriblər.
“Astana-Opera”nın dirijoru Arman Urazqaliyev isə Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrının orkestri ilə birlikdə əsl möcüzə yaradıb: texniki cəhətdən yeni üslubda çıxış edən musiqiçilər ifa etdikləri əsərin dərinliklərinə nüfuz edə biliblər.
Tamaşa ilə bağlı keçirilən mətbuat konfransında Fərhad partiyasının ifaçısı, “Astana-Balet”in ulduzu Fərhad Buriyev qeyd edib ki, ona məhz bu əsərin qəhrəmanının adını qoyublar, indi isə baletdə əsas partiyanı ifa etmək nəsib olub. İstedadlı artistin sözlərinə görə, o, özü üçün çox yaxın və doğma olan bu obrazı ifa edərkən hər bir hərəkəti qəlbinin dərinliklərində hiss edir, bir çoxlarını isə özü interpretasiya edib.
“Astana-Balet” baletin yeni quruluşunu Azərbaycanın və SSRİ-nin Xalq artisti Arif Məlikovun ad gününə həsr etməyi planlaşdırıb. İyun ayında onun əsərin premyerasına gəlməsi barədə də razılıq əldə olunub, amma bu hadisəyə bir ay qalmış dünyaşöhrətli bəstəkar dünyasını dəyişib.
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06