Naibə Allahverdiyeva
05 aprel 2024 10:43 (UTC +04:00)

Naibə Allahverdiyeva

Xalq artisti xəstəxanaya yerləşdirildi

Dünən Xalq artisti Naibə Allahverdiyevanın  xəstələnməsi və xəstəxanaya yerləşdirilmək üçün redaksiyamıza müraciət edərək, kömək istəməsi barədə məlumat vermişdik.

Lent.az-ın xəbərinə görə, aktrisa infeksiyaya yoluxduğunu, lakin xəstəliyinin nə olduğunu bilmədiyini demişdi. 

Naibə Allahverdiyeva Lent.az-a açıqlamasında bildirib ki, artıq xəstəxanaya yerləşdirilib və ondan lazımi analizlər alınıb.

“Bu gün nisbətən yaxşıyam. İynə-dərmanla temperaturum düşüb, ağrılarım nisbətən sakitləşib. Səhər tezdən yenidən analiz vermişəm. Nəticəsini hələ bilmirəm. Hansı infeksiyaya yoluxmağım barədə hələlik məlumatım yoxdur”, - o bildirib. 

Qeyd edək ki, TƏBİB-dən Lent.az-a bildirilib ki, Xalq artisti ilə əlaqə yaradılaraq ona lazımi tibbi yardım göstərilib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3951
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar