Şəhid general-mayor Polad Həşimov
18 fevral 2021 15:10 (UTC +04:00)

Şəhid general-mayor Polad Həşimov

Türkiyədə şəhid generalımızdan bəhs edən film çəkildi - VİDEO

Qardaş Türkiyənin YeniŞafak” kanalı şəhidimiz general-mayor Polad Həşimova həsr olunmuş sənədli film hazırlayıb.

Lent.az xəbər verir ki, “Tabuta Sığmayanlar” programının 104-cü bölümündə general-mayor Polad Həşimovun həyat və fəaliyyətindən, keçdiyi şərəfli döyüş yolundan bəhs edilib.

Proqramda şəhid generalımızın ailə üzvləri və dostları onunla bağlı xatirələrini bölüşüblər.

Proqramın rejissorlarından olan Samir Babaoğlu İkinci Qarabağ Müharibəsi şəhidlərinin qəhrəmanlıq salnaməsini lentə almaq məqsədilə yaxın aylarda ölkəmizə səfər edəcəyini bildirib.

Qeyd edək ki, YeniŞafak” kanalında yayımlanan “Tabuta Sığmayanlar” programının 101-ci bölümü Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuşdu.

General-mayor Polad Həşimova həsr olunmuş sənədli film

# 1845
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar