"Rejimə riayət etmirdi"  - “Mimino”nun Bakıdakı həkimi Lent.az-a danışdı
16 yanvar 2023 16:47 (UTC +04:00)

"Rejimə riayət etmirdi" - “Mimino”nun Bakıdakı həkimi Lent.az-a danışdı

Gürcüstanın Xalq artisti, müğənni, aktyor və rejissor Vaxtanq Kikabidze 84 yaşında vəfat edib. O, böyrək xəstəsi olub və dializ proseduru vasitəsilə yaşayırmış.

Lent.az-ın müxbiri araşdırıb öyrəndi ki, Vaxtanq Kikabidzenin Bakıda da həkimi olub. Həmin həkimi tapdıq. Məşhur aktyorun dializ həkimlərindən biri də həmyerlimiz tanınmış nefroloq Hikmət İsmayılovdur.

Nefroloq saytımıza Vaxtanq Kikabidze ilə bağlı xatirlərini danışıb.

Hikmət İsmayılovun Lent.az-a müsahibəsini təqdim edirik:

- Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze xəstəniz olub. Vaxtanq Kikabidze bir pasiyent kimi intizamlı idi?

- Dializ xəstəliyinin məcburi iki seçimi var. Pasiyent ya dializlə yaşamalıdır, ya da ona böyrək köçürülməlidir. 20 ildir ki, dializlə yaşayan pasiyentlərimiz var. 

Vaxtanq Kikabidze də 10 ildən artıq idi ki, dializlə yaşayırdı. O, həftədə üç dəfə dializ olurdu. 

Bir pasiyent kimi rejimə riayət etmirdi. Siqaret çəkirdi, tərgidə bilmirdi.

- Hikmət müəllim Vaxtanqla hansı xatirələriniz var? 

- O, çox pozitiv biri idi. Mərkəzimizə gəldikdə hər zaman xoş və gülərüzlə gəlirdi.

Çox şadam ki, bu həyatda elə birini tanıdım. Müğənni, sənət xadimi kimi yox, onun vətəndaş mövqeyi mənim çox xoşuma gəlirdi. 

O, tez-tez Azərbaycana gəlirdi. Çox xoşgörülü, millətini və Vətənini sevən biri idi. O, 3-4 saat dializdə olurdu. Biz tez-tez görüşüb söhbət edirdik, Vaxtanq siyasi proseslərə də öz fikrini bildirməyi çox sevirdi.

- Azərbaycan və azərbaycanlılara qarşı münasibəti necə idi?

- Vaxtanq Kikabidze Azərbaycan xalqına, mədəniyyətinə və incəsənət dünyasına yaxın biridir. Özü də Azərbaycanda sevilirdi. Bura gəldikdə həmişə bizim yanımızda olurdu. Vaxtanqın Azərbaycan və azərbaycanlılara qarşı münasibəti çox yaxşı idi. Eynilə mərkəzimizdəki hər kəs onu çox sevirdi. Mərkəzimizə nə vaxt gəlsə, bizə fərqli filmlər izləməyi tövsiyə edirdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5844
avatar

Arzu Qurbanlı

Oxşar yazılar