Qarabağ hadisələrindən bəhs edən yeni TÜRK SERİALI
03 fevral 2023 11:46 (UTC +04:00)

Qarabağ hadisələrindən bəhs edən yeni TÜRK SERİALI

Türkiyə istehsalı olan “Doqquz oğuz” serialı elə ilk bölümüylə izləyiciləri ekran qarşısına  kilidləməyi bacardı.

 Lent.az-ın xəbərinə görə, film Böyük Turan ideyasını əsas götürərək, dünyanın hər yerində yaşayan türklərin ayağa qalxması, birləşməsi ideyasını ehtiva edir. Serialın qəhrəmanları “Türk Dünyası Acil Müdahale Timi” adı altında birləşmiş 8 əsgərdir. Bəs nə üçün 9 oğuz deyilir? 

Doqquz oğuz əslində qədim türk dastanlarında əksini tapmış doqquz boydan gələn oğuzları tamaşaçıya xatırladır. Hadisələr əsasən Qarabağ, Naxçıvan və Zəngəzur dəhlizində cərəyan edəcək. 

Serialda Kubilay Aka, Yasemin Kay Allen, Deniz Işın, Dağhan Külegeç kimi tanınmış aktyorlar çəkiliblər.


 

# 2265
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar