Məhəmməd Hadinin çox nadir kitabı  hərraca qoyuldu
11 may 2026 15:40 (UTC +04:00)

Məhəmməd Hadinin çox nadir kitabı hərraca qoyuldu

0

Dahi Azərbaycan şairi Məhəmməd Hadinin çox nadir kitabı hərrac yolu ilə satışa çıxarılıb.

Lent.az xəbər verir ki, söhbət Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci ildə çap olunan "İnsanların tarixi faciələri, yaxud Əlvahi-İntibah" kitabından gedir.

Qeyd olunur ki, 48 səhifəlik kitab Bakıda "Turan" mətbəəsində çap olunub. Əski Azərbaycan yazısında çap olunan bu kitab şairin çox nadir kitablarından hesab edilir.

Hərrac üçün əsərin ilkin qiyməti 5 manatdır. Sonrakı artımlar isə minimum 5 manat təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1482

Oxşar yazılar