Hollivud ulduzu öz corablarını  “bomj”a   geydirdi
19 sentyabr 2023 17:29 (UTC +04:00)

Hollivud ulduzu öz corablarını “bomj”a geydirdi

Hollivud ulduzu Ben Afflekin keçmiş arvadı, aktrisa Cennifer Qarner öz paltarını küçədə səfil həyat sürən bir nəfərə geydirməklə gündəmə gəlib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 51 yaşlı aktrisa Kaliforniyada avtomobili ilə gedərkən yol kənarındakı əlil arabasında olan şəxsi görüb və ona yaxınlaşaraq söhbət edib.

Aktrisa həmin adama plastik qutuda geyim və ərzaq da təqdim edib. O, ayaqyalın adama öz corablarını geyindirib. Krassovkalarını vermək istəsə də, aktrisanın ayaqqabıları kişinin ayağına gəlməyib. Bu zaman aktrisa həmin anları çəkən paparazzilərə yanaşıb, onların ayaqqabılarını satın alaraq səfil adama geyindirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2808

Oxşar yazılar