Hər şeyi dəyişdirəcək  "13 dəqiqə" - Niyə bu gərgin  fəlakət filmini   izləməlisiniz
16 iyul 2026 19:20 (UTC +04:00)

Hər şeyi dəyişdirəcək "13 dəqiqə" - Niyə bu gərgin fəlakət filmini izləməlisiniz

0

Təbii fəlakətlərdən bəhs edən filmləri sevənlər üçün "13 dəqiqə" diqqətçəkən seçimlərdən biridir. 2021-ci ildə təqdim olunan film üzərindən illər keçsə də, tamaşaçılar arasında populyarlığını qoruyub saxlayır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki filmdəki hadisələr ABŞ-nin Oklahoma ştatında yerləşən kiçik bir şəhərdə cərəyan edir.

Sakinlər gündəlik həyatlarını yaşayarkən qəfil xəbərdarlıq edilir ki, tarixdə qeydə alınacaq ən güclü tornadolardan biri şəhərə yaxınlaşır. Siqnal səsləndikdən sonra insanların təhlükəsiz yerə çatması üçün cəmi 13 dəqiqə vaxt qalır.

Bu qısa zaman ərzində bir-birindən tamamilə fərqli dörd ailə həyatlarını xilas etmək üçün mübarizə aparır. Hər saniyə ölüm və həyat arasında seçimə çevrilir.

Film yalnız dağıdıcı təbii fəlakəti deyil, eyni zamanda qəhrəmanların şəxsi problemlərini də ön plana çıxarır. Süjetdə qanunsuz miqrasiya, ailədaxili münaqişələr, sosial bərabərsizlik, irqçilik və dini fikir ayrılıqları kimi mövzulara toxunulur. Qarşılaşdıqları təhlükə isə onları köhnə inciklikləri unudaraq birlikdə mübarizə aparmağa vadar edir.

Ekran əsərinin rejissoru Lindsi Qoslinqdir. Bu film onun ilk tammetrajlı rejissor işi olmaqla yanaşı, o, ssenarinin müəllifi və prodüserlərindən biri kimi də layihədə yer alıb.

108 dəqiqə davam edən "13 dəqiqə" məhdud sayda kinoteatrlarda nümayiş olunub. Filmin dünya üzrə rəsmi kassa gəliri təxminən 67 min 400 dollar təşkil edib. Buna baxmayaraq, ekran əsəri sonradan rəqəmsal platformalarda tamaşaçıların marağını qazanaraq daha geniş auditoriyaya çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar