Deniel Kreyq
19 avqust 2021 16:15 (UTC +04:00)

Deniel Kreyq

Ən çox qazanan Hollivud aktyorları – SİYAHI

“Variety” nəşri Hollivudun ən çox qazanan aktyorlarının siyahısını dərc edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Rayan Consonun “Bıçaqları alın” filminin iki hissəsində iştirakına görə 100 milyon dollar qazanan Deniel Kreyq reytinqdə birinci sıradadır. 

Onun yüksək qazancı Netflix servis xidmətinin, layihələrinin yalnız kinoteatrlarda göstəriləcəyi təqdirdə sənətçinin qazana biləcəyi məbləği kompensasiya etməsi ilə əlaqədardır.

İkinci sırada “Qırmızı vahid” komediyasına görə qonorarı 50 milyon dollar təşkil edəcək Dueyn Consondur.

Növbəti yerləri Uill Smit və Denzel Vaşinqton tuturlar – hər iki aktyor 2021-ci ildə 40 milyon dollar həcmində qonorar alıblar. 

Smit “Kral Riçard”, Vaşinqton isə “Şeytan təfərrüatlarda” filmlərində çəkiliblər.

Onluğa Leonardo Di Kaprio, Mark Uolberq, Cennifer Lourens, Culiya Roberts, Sandra Ballok və Rayan Qoslinq də düşüb.

Avqusrun 4-də Riz Uizerspun dünyanın ən varl aktyoru kimi tanınıb. Hazırda onun varidatı 400 milyon dollar qiymətləndirilir. Daha əvvəl”Hello Sunshine” prodüser şirkətini 900 milyon dollara satıb.

# 7077
avatar

Oxşar yazılar