Conni Depp 25 ildən sonra rejissor  kürsüsündə OTURACAQ
18 avqust 2022 10:08 (UTC +04:00)

Conni Depp 25 ildən sonra rejissor kürsüsündə OTURACAQ

Amerikalı aktyor Conni Depp Amber Hearda qarşı iddianı qazandıqdan sonra yeni film layihələri ilə karyerasına sürətlə qayıdır. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 illik fasilədən sonra yenidən rejissor kürsüsündə əyləşməyə hazırlaşan Depp italiyalı rəssam və heykəltəraş Amedeo Modiglianinin həyatından bəhs edən filmin rejissoru olacaq.

Filmin istehsalını əfsanəvi aktyorlar Al Paçino və Barri Navidi öhdəsinə götürəcək. Çəkilişlərinə 2023-cü ildə başlanması planlaşdırılan filmin baxış tarixi və aktyor heyəti ilə bağlı dəqiq məlumat yoxdur.

Qeyd edək ki, keçmiş həyat yoldaşı Amber Heard ilə təlatümlü münasibəti səbəbindən Conni Depp karyerasında çətin anlar yaşayıb. 

Depp ən son Marlon Brando ilə baş rolları paylaşdığı 1997-ci ildə çəkilmiş "Cəsur" filminin rejissor kürsüsündə oturmuşdu.
 

# 1734
avatar

Fidan İlqar

Oxşar yazılar