"Çelentano" taksi sürücüsündən nə istəmişdi?- “Ələsgər, ay, Ələsgər”
14 iyun 2024 15:39 (UTC +04:00)

"Çelentano" taksi sürücüsündən nə istəmişdi?- “Ələsgər, ay, Ələsgər”

Bəzi aktyorlar yüzlərlə rol oynasa da, sevilmir, yadda qalmır. Amma elə aktyor da var ki, bir obrazı ilə ürəklərə köçür. Bu nə onun yaraşığından asılıdır, nə də rolun möhtəşəmliyindən. Hər şey rolu səmimiyyətlə, ürəklə ifa etməyə bağlıdır. 

Lent.az “Ömrün bir anı” rubrikasında belə aktyorlardan olan Ələsgər Məmmədoğlunu xatırlayacaq. Ona çirkin cazibədar, “Azərbaycanın Çelentanosu” da deyirdilər.

"Bəyin oğurlanması" filmindəki Ələsgər rolu ona inanılmaz böyük uğur gətirib. Baxmayaraq ki, aktyor buna qədər “Qərib cinlər diyarında”, “Tehran 43”, “Ömrün səhifələri”. “Xoşbəxtlik qayğıları” filmlərində 9 Əksər rollarında da rolun adı elə öz adı olurdu) , “Mozalan” satirik jurnalında çoxlu sayda rol almışdı.

“Bəyin oğurlanması” filmində texniki işçi rolunu canlandıran Ələsgər yıxılmağı və “Nə var e, Ələsgər, ay Ələsgər” deməsi ilə yadda qalmışdı. O zamanlar  "Ay Ələsgər" səsini maşınlara siqnal əvəzi qoyurdular. Deyilənə görə, bir çox sürücülər aktyorun Bakıda yaşadığı binanın qarşısından keçəndə qəsdən bu siqnalı verirdilər.

Aktyor bir dəfə taksiyə minib. Sürücü həmin siqnalı verib. Ələsgər Məmmədoğlu irad tutub ki, niyə qəfil siqnal verib, insanları qorxudursuz? Sürücü deyib ki, mən o siqnala 300 manat pul vermişəm. Göstərməliyəm, ya yox?

Aktyor zarafatla cavab verib: “Mənə 150 manat verərdiniz, sizin üçün özüm deyərdim də".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3384
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar