Lent.az "Məşhurlardan gülməcələr" rubrikasına davam edir.
Bülent Ersoy seher tezden efirdə oxuyacağı musiqini öncədən səsyazma studiyasında yazdırıb. Həmin mahnı onun qonaq olacağı proqramda səsləndirilməliymiş. Proqramı məşhur aparıcı və prodüsser Armağan Çağlayan təqdim edəcəkmiş. Gecə saat 2 radələrində Armağan Çağlayanın telefonu çalır. Zəng Edən Bülent Ersoymuş və Armağanın yuxulu olmasına baxmayaraq, dərhal onlara gəlməsini tələb edir.
Bülent xanım çağıracaq, kimsə bu çağırışa getməyəcək? Olacaq iş deyil. Armağan yatağından qalxıb, üz qoyur Bülent Ersoyun evinə. Düşünür ki, Divanın səhhətində problem var və ya hansısa böyük problem yaranıb. Qalanını Armağan bəyin öz dilindən dinləyək:
“İçəri girdim, diva oturmuş. Üzündə narazı bir ifadə var. Mənə oturmağı belə təklif etmədən diski qoyub səhər oxuyacağı musiqini dinlətdi. Mən bir şey anlamadan dinləyirəm. Hər şey əla səviyyədəydi. Amma diva narazıdır. “Nə olub? Nə xoşunuza gəlmir”,- deyə soruşdum. Diva az qala bağıraraq səsləndi. “A yol karmısın, başlanğıcda kamançının biri re notunu doğru basmamış. Səs kirliliyi var. Təcili bir kamançı tap, bir dənə re notunu yenidən çalsın, yoxsa sabah mən verilişə çıxmayacam” dedi.
Gecə saat ikini keçib, o saatda kamançını hardan tapmaq olar? Amma Bülent xanıma “yox” demək olmur, dərhal qalmaqal yaradır. Çıxdım şəhərə. Gecə pavyonlarını gəzdim, axır ki pavyonların birindən bir skripkaçı tapdım. Adama dedim ki, mənimlə gedək, bir tək re notunu bas, sənə 200 tl verəcəm. İnanmır. Kim bir not çalmaq üçün musiqiçi axtarar ki? Nə isə adamı dilə tutdum gətirdim, səsyazma studiyasına bir dənə re basdı, pulunu aldı getdi. Bülent xanıma səsi dinlətdim bəyəndi. Səhəri gün proqrama çıxmağa az qalmış məndən soruşdu ki, kamançı kim idi, hardan tapdın? Dedim pavyondan. Bülent hanım qiyamət qoparmazmı? “Mənim kimi Diva pavyon kamançısı ilə oxudu dedirdəcəksən el aləmə?”.
Hər nə qədər, "bir tək re notunu çalıb" desəm də, razılaşmadı, musiqini sildirib, fonoqramla başqa bir mahnı ifa etdi.