"Azdrama" koronavirusa görə  BAĞLANDI
26 yanvar 2022 15:06 (UTC +04:00)

"Azdrama" koronavirusa görə BAĞLANDI

Son günlər Akademik Milli Dram Teatrının əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb.

Bu barədə Lent.az-a teatrdan bildirilib.

Yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub. Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınır, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılır.

Həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən nümayiş olunacaq.

# 1599
avatar

Aytəkin Cəlali

Oxşar yazılar