Ötən gün sosial mediada Fatih Portakalın FOX TV-dəkı vəzifəsindən istefa etməsi ilə bağlı xəbərlər yayıldı. "Ayrılıq" şayiələri ilə bağlı jurnalist və FOX TV açıqlama verərərək deyilənləri təsdiqləyiblər.
FOX TV Portakalın kanaldan ayrıldığı iddialarına belə açıqlama verib:
“2010-cu ildən bəri kanalımızda FOX əsas xəbər bülleteninin aparıcısı kimi fəaliyyət göstərən və FOX ekranlarından milyonlarala insanla ünsiyyətə girməklə türk televiziyası tarixində rekord uğurlara əhəmiyyətli töhfələr verən hörmətli komanda yoldaşımız Fatih Portakal, kanal rəhbərliyimizə vəzifəsindən ayrılmaq qərarına gəldiyini və istefaya getmək istəyi barədə məlumat verib.
Fatih Portakal FOX-un ən vacib simalarından biri olub. Onun verdiyi qərara hörmətlə yanaşırıq və bildirmək istərdik ki, çox sevdiyimiz bir həmkarımızla vidalaşmaqdan dolayı çox üzgünük. Bu günə qədər etdiyi bütün töhfələrə görə ona təşəkkür edirik”.
FOX TV-dən sonra Fatih Portakaldan da bir açıqlama gəlib. O, deyib:
“10 ildir qürurla və məmnuniyyətlə işlədiyim “FOX Xəbər”dən öz seçimimlə ayrılmaq qərarına gəldim. Sadəcə, "Mən nə etmək istəyirəm" sualına cavab axtardım. Mənə daxili inqilab lazım idi. Karyera, məşhurluq və var-dövlətdən imtina etmək olar. Sağlamlıq, əmin-amanlıq və ailə insan həyatının səbəbləridir. Qərarı bu qədər dəqiq verdim. Bu il və bəlkə də sonrakı illər torpağın sakit ritmində yaşayıb, ruhumu və bədənimi tarazlayacağam. Təbiətlə inteqrasiya edib mümkün qədər yaşayacağam. Sağlıqla qalın”.
Portakalın ayrılma qərarından sonra "Onu kim əvəz edəcək" sualı hər kəsi maraqlandırmağa başlayıb. Verilən xəbərlərə görə, 4 jurnalistin adı gündəmdədir. Fatih Portakalın yerinə keçə biləcək həmin o dörd insan bunlardır: İsmail Kucukkaya, Selçuk Tepeli, Dəniz Zeyrek, Cüneyt Özdemir.
Qeyd edək ki, Fatih Portakal 1997-2005-ci illərdə Star TV-də müxbir kimi çalışıb. 2005-ci ildə jurnalist Mehmet Ali Birandın təklifi ilə Kanal D-ə keçib. FOX-a 2010-cu ilin mayında gələn Portakal, 2010-2013 illəri arasında FOX-da “Çalar Saat” proqramına aparıcılıq edib. 2013-cü ilin sentyabr ayından etibarən “FOX Ana Xəbər” i təqdim etməyə başlayıb.
Portakal, 43-cü “Altın Kelebek” mükafatında "Ən yaxşı kişi xəbər aparıcısı" mükafatına layiq görülüb.