Azərbaycan Dövlət Filarmoniyası MDB üzrə reytinqdə ilk beşlikdə
01 may 2020 17:06 (UTC +04:00)

Azərbaycan Dövlət Filarmoniyası MDB üzrə reytinqdə ilk beşlikdə

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin ən yaxşı filarmoniyalarının reytinqində ilk beşliyə daxil edilib.

Mədəniyyət Nazirliyindən Lent.az-a bildirilib ki, “Turstat” turizm portalının hazırladığı reytinq klassik musiqi konsertlərində iştirak etmək, həmçinin filarmoniyaların saytlarında və sosial şəbəkələr üzərindən onlayn yayımlar əsasında tərtib olunub.

Siyahıya Moskva Dövlət Akademik Filarmoniyası başçılıq edir. D.Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyası və Belarus Dövlət Filarmoniyası ilk üçlükdə yer alıb.

Cambul adına Qazaxıstan Dövlət Filarmoniyası reytinq cədvəlinin dördüncü, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası isə beşinci sırada qərarlaşıb.

Reytinqdə sonrakı yerləri Özbəkistan, Qırğızıstan, Moldova və digər ölkələrin filarmoniyaları tutub.

Qeyd edək ki, zəngin yaradıcılıq ənənələri olan Azərbaycan Dövlət Akademik Filarmoniyası 1936-cı ildə yaradılıb. Ölkəmizin bu aparıcı konsert təşkilatına 2017-ci ildə “akademik” statusu verilib.

Hazırda mədəniyyət ocağının tərkibində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və bu kollektivin nəzdində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Fortepiano Triosu, Azərbaycan Dövlət Simli Kvarteti fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4168
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar