Dünya Karikatura Saytları Federasiyası ilk toplantısını keçirib
O, bu dəfə rəssam kimi yox, münsiflər heyətinin üzvü olaraq müsabiqədə iştirak edib.
Seyran Cəfərli Lent.az-a bildirib ki, müsabiqə çərçivəsində bir neçə aydır yaradılan Dünya Karikatura Saytları Federasiyasının (FICWS) İdarə Heyətinin ilk toplantısı da keçirilib. Toplantıya İdarə Heyətinin 4 üzvü - Azərbaycandan Seyran Cəfərli, Çindən Vang Liuyi, Almaniyadan Erdoğan Karayel, Braziliyadan Marsio Leite qatılıb. İrandan MassoUD Şojai Tabatabai isə Braziliyada səfərdə olduğundan toplantıya gələ bilməyib.
S. Cəfərlinin sözlərinə görə, ilk toplantı federasiyanın görəcəyi işlərə, gələcək perspektivə həsr olunub. Yaxın zamanlarda bir neçə beynəlxalq müsabiqə və sərgilərin təşkili qərara alınıb. Bundan başqa toplantıda iştirak edən 4 karikaturaçının qərarı ilə federasiyanın İdarə Heyətinin Suriyadan olan üzvü Raed Xəlil üzvlükdən çıxardılıb: “Bu federasiya məhz 6 üzv tərəfindən yaradılıb. Lakin Suriyadan olan karikaturaçı bu aylar ərzində bizim heç bir sorğumuza cavab verməyib, federasiyanın işində olduqca passiv mövqedə durub. Məhz bu səbəbdən toplantı zamanı onun üzvlükdən uzaqlaşdırılması qərarını verdik”.
Karikaturaçımız onu da vurğulayıb ki, ilk iclasda federasiyanın maliyyə məsələləri də öz həllini tapıb.
Qeyd edək ki, iyun ayında təsis edilən Dünya Karikatura Saytları Federasiyasının (FICWS) yaradılmasında məqsəd dünyadakı karikatura saytlarını birləşdirmək, bu sahədəki problemləri qaldırmaq, karikaturaçıları daha çevik məlumatlandırmaqdır.
Xəyalə Muradlı

Oxşar yazılar

Mütləq izləməli olduğunuz 7 həyəcanverici detektiv serial - VİDEO
18 iyul 2025 , 14:45
Kefinizi açacaq 5 məzəli film - VİDEO
17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi
17 iyul 2025 , 16:25
Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO
16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO
16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO
16 iyul 2025 , 11:25
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
15 iyul 2025 , 16:19