“Elə bildim Anarın ardınca bir-bir hamı öləcək – mən, uşaqlar, valideynlər...” - HEKAYƏT
... Onu birinci dəfə neçənci ildə gördüyümü dəqiq xatırlamıram. Məktəbdə oxuyurdum. Əksər gənclər kimi mən də “Parni iz Baku”nun konsertlərini izləyirdim. Onu da məhz həmin konsertlərdə, həmişə durduğu kürsünün arxasında görmüşdüm. Və tanımışdım. Amma yalnızca “Parni iz Baku”nun gülərüz, şən və hazırcavab kapitanı kimi. Əslində mən onu ancaq elə bu cür tanıdım. Əsrin çempionu kubokunu qazananda qalib kapitan, tamaşaçılarla vidalaşdıqları son konsertdə isə heç vaxt unudulmayacaq kapitan kimi. Və mənim üçün bu tanışlıq “sehrli qutu”nun arxasından o tərəfə keçmədi...
... Onu uzaqdan uzağa ancaq sevimli komandamın kapitanı kimi tanıdım. Hətta millət vəkili olanda, hansısa uğurlara imza atanda, efirlərdən bir az uzaqlaşanda, yeni prodakşn yaradanda da... o, mənim üçün ancaq kapitan idi. Vaxtsız və qəfil ölümündən sonra isə haqqında deyilən, yazılan bütün fikirlər, sözlər, məqalələr onu mənə həm də bir yaxşı insan kimi tanıdıb sevdirdi... İllər ərzində görmədiyim, bilmədiyim keyfiyyətlərini eşitdim. Və məndə bir peşmançılıq yarandı – kaş bu tanışlıq “sehrli qutu” sərhədini keçib müsahib müstəvisinə çataydı. Jurnalist kimi çalışdığım bu illər ərzində ondan müsahibə də olmasa, heç olmasa adi bir açıqlama alaydım. Onu həm də bir müsahib kimi tanıyım deyə...
... Mən onu birinci dəfə necə gördümsə, o cür də tanıdım. Elə o cür də tanıyacam. Və o, mənim yaddaşımda həmişə eyni cür qalacaq. Əfsanəvi “Parni iz Baku”nun əfsanəvi kapitanı Anar Məmmədxanov kimi.
Haqqında yazmaq onsuzluğun 40-cı günü ərəfəsində qismət oldu mənə. Onsuz onun haqqında nə yazacaqdım? Və qərara gəldim ki, Anar Məmmədxanovu mənim kimi tanı(ma)yan oxuculara az da olsa, onun görünməyən tərəflərini göstərim. Məsələn, bir həyat yoldaşı, bir ata kimi. Həyat yoldaşı İradə xanımla yaşadıqları mənzildə görüşdüm. Otağa daxil olan kimi diqqətimi çəkən yeganə şey Anarın qara çərçivəyə salınmış şəkli oldu, daha doğrusu, şəkildəki gülüşü. Burda da üzü gülürdü, o biri şəkillərindəki kimi. Ailə albomlarını izləyəndən, haqqında deyilən fikirləri dinləyəndən sonra başa düşdüm ki, bu gülüş tək şəkil çəkdirmək xətrinə deyilmiş. Anarın xasiyyətindən, içindən gələn əsl gülüşdü. Bu gülüş, səmimi təbəssüm əslində Anarın özüdür ki var. Onun haqqında onun öz mənzilində üç xanım arasında olan söhbət məni bu qənaətimin tam doğru olduğuna əmin etdi.
“Mən Azərbaycana “Oskar”ı gətirəcəm”
Onun haqqında ilk olaraq bacısı – filologiya elmləri doktoru Nahidə Məmmədxanova ilə söhbətləşdik. Anarın uşaqlıq illərinə boylanıb qardaşının özü böyüdükcə böyüyən xasiyyətindən, müsbət keyfiyyətlərindən danışdı. Anardan böyük olsa da, onu həmişə özünə böyük qardaş bildiyini, ağıllı məsləhətlərinə qulaq asdığını dedi: “O, uşaqlıqdan qeyri-adi olub, hünərli, iradəli, bilikli, həm də “xuliqan”. Nə qədər yaxşı oxusa da, “xuliqanlığından” heç geri qalmazdı. Elə “xuliqanlıq” edirdi ki, anamı hər gün məktəbə çağırırdılar. Anarın oxuduğu 160 nömrəli məktəb bu günə kimi qayda-qanunu ilə seçilən məktəblərdəndi, o ki qala hələ Sovet dövrü ola. Orda Anar öz qanunlarını qoyurdu. Bu da azərbaycançılıq ideyası ilə bağlı idi. O, hələ məktəb illərindən qoymurdu ki, azərbaycanlıları sıxsınlar. Anar həmişə lider idi, məktəbdə, evdə, həyatda, ailədə...”
Bacısı deyir ki, Anarın parodiya qabiliyyəti, zarafatcıllığı uşaqlıqdan özünü büruzə vermişdi. Həm də onun yaxşı müşahidə qabiliyyəti varmış. Elə bu əsnada Nahidə xanım Anarın uşaq vaxtı elədiyi məzəli hərəkətlərdən bir neçəsini xatırlayır: “Bir dəfə Anara dedim ki, mənə karandaş yonmaq üçün lezviya lazımdı. Sən mənə onu tap, mən də sənə saqqız verəcəm. O vaxt saqqız indiki kimi hər yerdə satılmırdı, çətin tapılırdı. Anar təklifimi qəbul etdi, mənə lezviya gətirdi, mən də əvəzində ona saqqız verdim. Özü də mən saqqızı şkafımda bir yer vardı, orda saxlayırdım. Bu hadisədən bir müddət keçəndən sonra gəlib şkafıma baxdım ki, Anar məndən xəbərsiz saqqızımı götürüb yerinə bir paçka lezviya qoyub... İndi xatırlamaq çox çətindi. Amma bu dəqiqə yadıma düşən bir hadisəni də danışım. Anarın 11-12 yaşı olardı. Anamın rəfiqələri bizə qonaq gəlmişdi. Əvvəlki evlərin də iki çıxışı olurdu axı. Anar bizdən gizli anamın paltosunu geyinib, papağını, eynəyini taxıb, arxa qapıdan çıxdı. Əsas qapıya yaxınlaşıb zəngi basdı. Biz də yaxınlaşıb qapını açdıq. Baxdıq ki, tanış adam deyil. Heç kim tanımadı onu. Gülməyə başlayandan sonra bildik ki, demə bu, Anardı. O, tək bizə yox, hamıya gülüş bəxş etməyi sevirdi. Ümumiyyətlə, o, çox maraqlı adam olub. Çox savadlı idi, çox kitab oxuyurdu. İndi də masasının üzərində 4-5 kitabı açıq vəziyyətdə qalıb. Mən onun dünyagörüşünü heç kimlə müqayisə edə bilmərəm. O, hər zaman, bütün işlərində birinci növbədə Azərbaycan üçün çalışıb, öz adı üçün yox. Onun əsas ideyası KVN olmayıb, Azərbaycançılıq olub. KVN-i də o, məhz bu ideyadan irəli gələrək yaratmışdı... Day.az-ı yaradanda da əsas ideyası Azərbaycan maraqlarına xidmət etmək idi. Bu saytı yaradanda o, nə qədər sərbəstliyi vardı göstərdi. Amma görəndə ki, onu artıq müəyyən çərçivələrə salırlar, bu, ona maraqsız oldu və özü bundan imtina etdi. O çərçivə Anarı qane etmədi, sadəcə. Özü deyirdi ki, “mən onu satdım, vəssalam”. Axı Anar özü də çərçivəsiz bir adam idi. Yanında işləyən adamları da çərçivəyə salmırdı, yaradıcılığa ciddi yanaşırdı. Son layihəsi olan “Ultra production” da vətənpərvərlik naminə yaradılmışdı. Vətənpərvərlik mövzusunda sənədli filmlər çəkirdilər. Anar deyirdi, “mən Azərbaycana “Oskar”ı gətirəcəm”. Və biz bilirdik ki, Anar dedisə, deməli, həqiqətən də gətirəcək. Çünki qarşısına hansı məqsədi qoyurdusa, ona mütləq nail olurdu. Amma əfsus... O, tək evimizdən yox, elimizdən getdi. Anar Azərbaycan üçün hələ çox şeylər edəcəkdi”.
“O, bu qələbəni çox gözləyirdi”
İradə Əlizadə ilə söhbətimiz isə Azərbaycanın “Eurovision”dakı qələbəsi mövzusu ilə başladı. Anar Məmmədxanov kimi vətənpərvər bir şəxsin ömür-gün yoldaşından elə bunu da gözləmək olardı. Necə də olmaya Anarın bütün amalı ölkəsinin qələbə qazanması ilə bağlıydı. Və təbii ki, bu vətənpərvərlik hissləri “bir xəstəlik” kimi onun ailə üzvlərinə də sirayət etmişdi. İradə xanım özü qələbədən nə qədər çox sevinsə də, həyat yoldaşının illərdir gözlədiyi bu böyük sevinci yaşaya bilməməsinə yandı: “Anarı tanıyanların hamısı dedi ki, heyf, o, bu qələbəni görmədi. Siz gəlməmişdən 15 dəqiqə qabaq Anarın bir dostu zəng vurmuşdu. Dedi, “Anarın qəbrini ziyarət etməyə getmişdim. Özüm də gördüyüm mənzərədən təəccübləndim. Məzarı qarşısında tanımadığım o qədər adam var idi...”. Anarın bütün fikri, məqsədi ancaq qələbə idi. Müsabiqədən öncə öz internet səhifəsinə bir rolik qoymuşdu və altına da yazmışdı ki, “bu qızı tanımırsız?” Demə, bu qız Nigar Camal imiş. Vaxtilə o, hansısa KVN-də səhnəyə çıxıb oxuyubmuş. Axırıncı da elə bu qaldı onun səhifəsində. Hər dəfə “Eurovision” müsabiqəsinin finalı başlamazdan qabaq Anar hamını evə yığırdı. Uşaqların üzünə bayraq şəkli çəkilirdi. Pəncərəyə Azərbaycan bayrağı asılırdı. Elə tək Anardan elə qışqırıq səsləri gəlirdi ki, səhəri gün qonşuların üzünə çıxmağa utanırdım. Xaricdə yaşayan dostlarına zəng vururdu ki, Azərbaycana səs verin. Hətta yadımdadı, 2009-cu ildə Azərbaycan üçüncü yerə çıxanda Macarıstan bizə 12 bal vermişdi. Onda Anar gecəylə Macarıstandakı səfirimiz Həsən müəllimə zəng vurub təşəkkür elədi. O, bu qələbəni çox gözləyirdi. Amma heyf ki, görə bilmədi”.
İlk tanışlıq...
İradə xanım Anarla ilk tanışlıqlarını xatırlayır. 10-cu sinifdə oxuyurdular. Ancaq ayrı-ayrı məktəblərdə. Tale ayrı məktəblərin yad şagirdlərini bir məclisdə qarşılaşdırır. Ortaq rəfiqələri Mədinənin doğum günündə. Və bu ilk tanışlıq ömürlük birgəliyə çevrilir. Elə birinci dəqiqədən söhbətləri alınır... Bir həftədən sonra Anar görüşmək üçün İradəyə zəng vurur. Bir neçə aydan sonra münasibətləri dostluqdan sevgiyə çevrilir. Üç ildən sonra artıq nişanlanmaq qərarına gəlirlər: “Biz tanış olanda 17 yaşımız vardı. Nişanlananda isə 20, hələ tələbə idik. Valideynlərimiz biləndə ki, münasibətləri rəsmiləşdirmək istəyirik, dedilər tezdi, sizin nə yaşınız var. Amma onları başa sala bildik ki, bizim üçün bu, vacib deyil. Düzdür, çətinliklər vardı. Yaşamağa mənzilimiz yox idi. Amma mən atama da dedim ki, “o adamda sevgidən əlavə başqa şeylər görürəm. Bilirəm ki, onda hər şey alınacaq. Onda çatmayan keyfiyyətlər məndə var, biz bir-birimizi dəstəkləyəcəyik”. Valideynlərimiz bizə inandılar və 1990-cı ildə nişanlandıq. 1993-cü ildə toyumuz oldu”.
Toydan sonra 4 il müddətində Anarın valideynləri ilə bir evdə yaşayırlar. 1994-cü ildə ilk övladları dünyaya gəlir. Anarın babasının şərəfinə uşağın adını İslam qoyurlar. 3 ildən sonra ailənin ikincisi anadan olur. Bu dəfə də uşağa İradə xanımın nənəsi Məryəmin adını verirlər (Anar Məmmədxanovun da çox istədiyi Məryəm nənə hələ indiyə kimi sevimli kürəkəninin rəhmətə getdiyini bilmir). Evin son beşiyini isə Mədinə adlandırırlar. Tanışlıqlarının səbəbkarı olan ortaq rəfiqələri Mədinənin şərəfinə.
Həyat yoldaşı kimi...
Ondan danışdıqca, birgə keçirdikləri günləri xatırladıqca göz yaşlarını saxlaya bilməyən İradə xanım Anar Məmmədxanovu bir həyat yoldaşı kimi də təqdir etdi. Onun heç kimə bənzəməyən gözəl xasiyyəti olduğunu dedi: “Anar çox fərqli adam idi. Onun yerini heç vaxt heç kim verə bilməz. Baxmayaraq ki, yaraşıqlı kişi idi, onun ətrafında mütləq xanımlar vardı. Amma mən onu heç vaxt qısqanmamışam. Çünki Anar birini sevirdisə, axıra kimi sevirdi, sevmirdisə, axıra kimi də sevmirdi. Mən bilirdim ki, o, məni axıra qədər sevəcək və sədaqətli olacaq. O da məni heç vaxt qısqanmayıb. Bütün işlərimə dəstək verib. “Şərq çırağı” uşaq mərkəzini yaradanda da. Mən onu həmişə arxamda dağ hesab etmişəm. Onun fikri belə idi ki, “qadına azadlıq vermək lazımdı. Əgər o, başqa yola getmək istəyirsə, sən neyləsən də gedəcək”. Özü də o, ömründə heç bir qadın haqqında pis söz deməzdi, arxasınca danışmazdı, nə sözü vardı üzünə deyərdi. Hətta adını çəkməyəcəm, bir tanınmış müğənnimizi görən kimi hal-əhval tutub soruşurdu, “indi kiminlə qalırsan? Səni qane edir?” Heç kim də ondan inciməzdi. Anar da məni özünə dayaq bilirdi, ona daha çox stimul verməyə çalışırdım. Mən Anara birinci növbədə dost kimi baxırdım, sonra həyat yoldaşı kimi. Həmişə fəxr edirdim ki, mənimlə Anarın münasibəti başqa ər-arvadlar arasındakı münasibətdən tam fərqlidi. Bunu o, özü də yaxşı bilirdi”.
İradə xanım bir neçə il öncə Moskvada keçirilən məclisi xatırladı. Həmin məclisdə Yakuboviç, Araz Ağalarov, Rusiya prezidenti Boris Yeltsinin şəxsi mühafizə xidmətinin rəisi Korjakov, Rüstəm İbrahimbəyov, Aleksandr Abdulov, Yuli Qusman və başqa məşhur şəxslər iştirak edirdi: “Çox yaxşı, unudulmayacaq məclis idi. Hamı tost deyirdi. Axırda dedim olar mən də bir badə qaldırım? Sözə başlayanda heç kim başa düşmədi mən kimin haqqında danışıram. Hərə öz ünvanına qəbul elədi. Anar da başa düşmədi ki, söhbət onun özündən gedir. Çünki mən onun üzünə qarşı belə sözlər demirdim. Dedim “mən bu badəni bir nəfərin sağlığına qaldırmaq istəyirəm. Bu adamın böyük ürəyi var. Hər birimizə qarşı mehribandı. Ağıllıdı. Bu badəni həyat yoldaşımın sağlığına qaldırıram. Düşünürəm ki, ancaq o bütün bu keyfiyyətlərə uyğundu”. Hamı təəccübləndi və çox bəyəndi sözlərimi. Anar da sonra mənə gizlin dedi ki, “heç gözləməzdim mənim haqqımda belə sözlər deyəsən”.
Ata kimi...
Xanımı onun həm həyat yoldaşı, həm ata, həm də ailə başçısı kimi yüksək qiymətləndirir: “Mən belə bir həyat yoldaşımı, uşaqlar isə çox gözəl atanı itirdilər... Mən uşaqlara ciddi yanaşıram, lazım olanda danlayıram. Amma Anar başqa idi. Uşaqlar nə istəyirdisə, imkan daxilində mütləq edirdi. Mən olmayanda onları başına yığıb maraqlı filmləri, hitləri göstərirdi. Bizi müxtəlif maraqlı, görməli yerlərə aparırdı. Məsələn, çoxları Antalyaya gedir. Biz Antalyada bircə dəfə olmuşuq. Amma uşaqlar Laplandiyada, Finlandiyada şaxta babanın vətənində olublar. “Karib dənizinin quldurları” filmi çıxandan sonra Anar bizi Karib adasına apardı. İngiltərəyə getdik. Parisin, Amerikanın Disney parklarında olduq. Özü də hansı ölkəyə gedirdik, oranın muzeylərinə bizi aparırdı. Həmişə deyirdi ki, uşaqların birinə qəşəngliyimi, birinə ağlımı, birinə də xasiyyətimi vermişəm. Balaca qızımızın xasiyyəti doğrudan da eynən Anarın xasiyyətinə oxşayır”.
“Özünü aldatdı, amma taleyini aldada bilmədi...”
Deyir ki, Anar az yaşasa da, ailəsi üçün çox işlər gördü. Onlara heç vaxt unudulmayacaq çoxlu gözəl bayramlar bəxş etdi: “Ümumiyyətlə, Anar bayramları çox sevirdi. Bir şənlik yaratmaq üçün bəhanə axtarırdı. Toyumuzun 10 illiyini toy kimi qeyd etdi. Moskvadan, Gürcüstandan, burdakı qohum-əqrəba, dost-tanışlardan hardasa 250 qonaq vardı. Bircə o qalmışdı ki, mənə yenə gəlinlik geyindirsin. Amma mən həqiqətən də özümü gəlin kimi hiss edirdim. Ətrafdakılar elə bilirdi toya gəliblər. Orda çıxış edəndə dedim ki, “bizim üç övladımız var, amma elə bil indiyə kimi vətəndaş nikahında yaşayırdıq, indi münasibətlərimizi qanuniləşdiririk”. İndi başa düşürəm ki, Anar 10 illiyimizi niyə belə təmtəraqla keçirmişdi. Yəqin toyumuzun 20, 30 illik yubileylərini də belə qeyd eləmək istəyirmiş... Anarın bir xasiyyəti vardı - hər birimizin ad gününü qeyd etməliydi. Məsələn, mənim 35 yaşım olanda Anara dedim ki, bu dəfə ad günümü təmtəraqla qeyd etməyəcəm, özümüz ailə daxilində keçirərik. İmkan vermədi. Mənim də doğum günüm mayın 31-dir. Bir neçə gün əvvəl Anar dedi ki, “həmin gün xeyriyyə tədbiri olacaq. Uşaqlar da, özün də hazırlaş, ora gedəcəyik. Ad gününü səhərisi qeyd edərik”. Biz də hazırlaşıb, getdik. Restorana girəndə təəccüb içində qaldım. Qapı açılır, 150 nəfər bizə baxır. İnanın əvvəl nə baş verdiyini anlamadım. Baxdım ki, qohumlarımız, Moskvadakı dostlarımız, dost-tanışlarımız, iş yoldaşlarım, hamısı bu məclisdədi. Özlüyümdə fikirləşirəm ki, görəsən bunların xeyriyyə tədbirində nə işi var? Neçə dəqiqə keçəndən sonra başa düşdüm ki, Anar mənə sürpriz edib”.
Tək ailə üzvlərinin yox, elə özünün də doğum günlərini qeyd etməyi çox sevirdi Anar. Məsələn, bir dəfə ad günü maraqlı tarixə təsadüf etmişdi – 20.07.2007. Bunu bəhanə edərək gözəl bir şənlik keçirmişdi. Amma 40 illik yubileyini qeyd etmədi: “Kişilər 40 yaşını qeyd etməməlidir, bunun düşər-düşməzi olur - Rusiyadan gələn bir inancdır. Anarın da Rusiyada çox dostu vardı. Onlar deyirdi ki, “keçirmək olmaz. Filankəs keçirdi, bir ilin içində dünyasını dəyişdi”. Hətta indiyə kimi dəqiq yadımdadı. Anarın ölümündən üç gün qabaq Rusiyanın ORT kanalında bir süjet göstərdilər. Deməli, bir həkim Rusiyanın hansısa şəhərindən Moskvaya konfransa gəlib. Birdən-birə Vişnevski adına İnstitutun qarşısında ürəyi tutub və ölüb. Bir neçə saat orada ölü vəziyyətdə qalıb. Bu süjetin axırında da qeyd etdilər ki, həkim 41 yaşını hələ tamamlamayıb və 40 yaşını qeyd edib. İkimiz də oturub süjetə baxırdıq. Anara dedim ki, “Anar, bunlara bax, gör bu faktı necə vacib hesab ediblər ki, onu süjetdə vurğulayıblar”... Birinci ad günüydü ki, Anar qeyd etmədi. Dedi 41 yaşımı ikiqat yaxşı qeyd edərik. Anar doğum gününü qeyd etməməklə özünü aldatdı, amma taleyini aldada bilmədi...”
Ömrün son günü...
Aprelin 23-ü idi. Həmişəki kimi, ailə süfrə arxasına yığışıb nahar edirdi. Evdə bir gərginlik vardı. Hərə bir yerə tələsirdi. Bircə Anardan başqa... Axşam toya getməliydilər. Səhəri gün İradə xanım “Şərq çırağı” uşaq folklor mərkəzi ilə birlikdə İspaniyaya festivala yola düşməliydi. Odur ki, görüləcək işlər çox, vaxt az idi: “Həmin gün ortancıl qızım dedi ki, “ata, mən bu il də “summer school”a getmək istəyirəm. Olar gedim?” Anar birdən-birə dedi yox. Mən də təəccübləndim ki, görəsən niyə yox dedi. Birdən qayıtdı ki, “qoy İslam instituta girsin, bu yay hamımız Las-Veqasa gedəcəyik”. Anar orda olmuşdu, keçirilən şouları görmüşdü və çox xoşuna gəlmişdi. Əslində bu planından mənim xəbərim yox idi heç. Ona görə mənim üçün də yenilik sayılırdı. Anarın axırıncı söhbəti bu oldu. Amma mən onunla söhbət edə bilmədim. Biz heç bir-birimizə sağ ol da demədik. Çünki çox tələsirdim. Biz gedəndən sonra Anar evdə tək qaldı. Saat 2-dən 5-ə işləmişə qədər tək olub. Bir həftə əvvəl özünə kostyum sifariş etmişdi. Sürücü onu vermək üçün evə gəlib. Görüb Anar həmişə oturduğu divanın qarşısında yerdə huşsuz vəziyyətdə uzanıb. Divanın qarşısındakı kiçik masanın üstündə kompüteri, telefonları var. Əvvəl heç nə başa düşməyib. O saat mənə zəng vurub. Mən də yaxınlıqdaydım. Dedim tez təcili yardım çağır, gəlirəm. Düzü, əvvəl məsələnin ciddiyyətinə inanmadım, elə bildim təlaşlanıb. Mən də içəri girib onu elə görəndə ölüm barədə qətiyyən düşünmədim. Çünki bədəni istiydi. Nəbzini tutdum, eşitmədim. Fikirləşdim ki, yəqin həyəcanlıyam. Məndən 7 dəqiqə sonra həkimlər gəldi. Artıq hamı evə yığışmışdı. Elə birinci dəqiqədən sonra həkimlər başlarını yellədilər... Onların reaksiyasını görəndə elə bildim Anarın ardınca bir-bir hamı öləcək – mən, uşaqlar, valideynlər... Çox dəhşətliydi... Deyirlər xoşbəxt o adamdır ki, ani ölümlə ölür. Bunu da Anar haqda demək olmaz. Çünki nə yaşadı ki? Heç 41 yaşı tamam olmadı. Anar axırıncı zəngini dostuna edib - 4-ə 15 dəqiqə qalmış. 5-ə 8 dəqiqə işləmiş mənə sürücüdən zəng gəlib. Nə olubsa, bu 20 dəqiqə ərzində olub. Çox qəribədi, bu hadisədən bir müddət əvvəl özlüyümdə fikirləşdim ki, evə gizli kamera qoymaq lazımdı. Bəlkə də qoyulsaydı, heç olmasa bilərdik Anarın axırıncı sözü, qışqırığı nə olub... Amma mən bilirəm ki, Anar balaca ağrı hiss etmiş olsaydı, o saat zəng vurub xəbər edərdi. Çünki o baxımdan qorxaq idi. Burnu axan kimi anasına zəng vurub deyirdi ki, qrip olmuşam, xəstəyəm. Barmağı ağrıyanda belə dostlarının artıq xəbəri olurdu. Görünür həqiqətən bir saniyəlik ölüm olub. Yəqin bir ah çəkib, vəssalam. Məncə, heç o özü də başa düşmədi ki, nə baş verib. Həmişə deyirdi ki, “mən hamını yola salıb axırda özüm öləcəm”. Amma əksinə oldu... Dəfələrlə olub ki, Anarla bərabər məndən də müsahibə götürmək istəyiblər. Amma mən indiyə kimi müsahibə verməmişdim, çünki mənim buna öz baxışım vardı. Hərdən fikirləşirdim ki, axı Anar yanımda otura-otura onun haqında nə danışacam? Mən daxilimdə həmişə bilmişəm ki, bir dahiylə yaşayıram, amma bunu özünə deməməyə çalışırdım. Görünür ilk müsahibəmi vermək bu günə qismət imiş. Onun haqqında onsuz danışdım...”
“Bizim Anarımız həmişə var olacaq”
İradə xanım deyir ki, yoldaşının ölümündən sonra evin son beşiyinə görə narahat idi. Mədinə bəlkə bir 10 gün bu haqda söhbətdən qaçırdı: “Həmişə gözümün içinə baxırdı. Heç nə demirdi. Ona görə çox narahat idim. İstəyirdim içindəki ağırlığı çıxarsın. Axırda özüm söhbəti açdım, kövrəldim. Mənə dedi ki, “mənim atam ən yaxşı ata idi. Ona görə də Allah onu tez apardı. Əgər başqa cür olsaydı, o da mənim babalarım yaşadığı qədər yaşayardı. Ancaq mən heç vaxt başqa ata istəməzdim”. 9 yaşlı uşağın belə düşünməsi məni heyrətləndirdi. Ümumiyyətlə, çalışıram uşaqlara ürək-dirək verim ki, özlərini pis hiss etməsinlər. Əksinə, özlərini xoşbəxt hiss etməkdə davam etsinlər. Anar var, yoxdu, əsas bu deyil. Əsas odur ki, onlar Anar Məmmədxanovun övladlarıdır. Bunun özü də məsuliyyət və xoşbəxtlikdir. Tez-tez birgə olduğumuz video kasetləri izləyirik. Hər axşam şəkillərə baxırıq. Soruşuram rahat olduz? Deyirlər hə. Mən özüm də bir az rahat oluram. Baxanda elə bilirəm ki, Anar ölməyib, bizimlədi, sadəcə harasa uzaq səfərə gedib. Uşaqlara da başa salıram ki, hesab edin atanız uzaq ezamiyyətdədi. İstəsə qayıdar, istəsə, yox. Amma bizim Anarımız həmişə var olacaq”.
Anar Məmmədxanovun ölümündən artıq 40 gün ötür. Bu günlər ərzində o, çox sevdiyi həyat yoldaşının yuxusuna gəlməyib hələ. Amma bir müddət öncə ortancıl qızı Məryəmin yuxusuna girib...
Anar qapını açıb, qızının otağına girir. Məryəm onun otağa tam daxil olmasına da imkan vermir. Dərhal həyəcanla soruşur:
- Ata, sən heç bilirsən, telefonuma nə qədər zənglər gəlir? Hamı mənə başsağlığı verir.
Qızının sözünü kəsərək:
- İnanma, inanma, heç biri həqiqət deyil. Bunların hamısı zarafatdı!
... Deməli, o, bu dəfə də ənənəsinə sadiq qalıb bizimlə zarafat elədi. Çox pis bir zarafat. Amma bu zarafatın bizi qətiyyən güldürmədi... Əlvida, şəxsən heç vaxt tanımadığım əfsanəvi kapitan Anar Məmmədxanov!
Xəyalə Muradlı
[email protected]

3412