
Mavi şairin “Twitter” qeydləri – MƏTN
“Twitter” sosial şəbəkəsinə bir çox məşhurlar üzvdür. Yazıçılar, jurnalistlər, müğənnilər, siyasətçilər öz düşüncələrini burda izləyiciləri ilə bölüşür, müxtəlif məsələlərə öz fikirlərini bildirirlər. Bu qeydlərin ən maraqlı olanlarını seçib sizinlə bölüşməyə qərar verdik. Kulis.az internet dergisi əvvəlcə məşhur türk şairi Küçük İskəndərin “Twitter”də yazdığı qeydləri sizinlə bölüşür.
Dosye: 1964-cü ildə İstanbulda doğulub. Tibb fakultəsini son kursda olanda atıb. Ardınca sosiologiya təhsili alıb. Amma onu da yarımçıq qoyub. 1980-ci ildən şeirləri çap edilir. Homoseksualist olduğunu açıqca ifadə edir. Sağlığında türk şeirinin klassikləri ilə adı bir yerdə çəkilir. İki filmdə də oynayıb.
- Bir saat sonra Meksika Amerika sərhədinə yaxın bir barda tekila içmək istəyirəm... Amma bu imkansızdır. Bilirəm.
- Evdə qazı açıb intihar edənlərə depressiv deyirlər. Atom stansiyası açıb bütün bəşəriyyəti intihara sürükləyənlərə psixiatriya hələ bir ad tapmayıb.
- Adın 141 hərfdirsə bura yaza bilməyəcəm?
(“Twitter”də bir qeyd 140 hərfdən artıq ola bilməz.-Kulis.az)
- Siqareti azaltmışam. Artıq gündə 3 qutu çəkirəm
- Bazar ertəsi günü ləğv edilib bazara verilsin.
- Boş vaxtlarımda aşiq olmaq istəyirəm
- Bir gün yığışıb Marsa gedək.
- Səhər alatoranı necə də təhlükəlidir. Nə etsən yuxu gətirir... Amma yatmaq istəmirəm...
- Saat gecə 1. Rakı içirəm, nə gözəl. Evdəyəm. Hesab ödəmədən qalxacam bu gecə.
- Bir yağış yağsa... Pəncərə kənarında ləzzətlə rakı içsəm.. Qucağımda bir bəbir yatsa...
Hazırladı: Günel Əsgərzadə
Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23