Mənsum “Məcnun”dan getməlidir...
Dünən Opera və Balet Teatrının yanından keçirdim. Divara yapışdırılmış kağız afişadan oxudum ki, səhnəyə yeni “Leyli” və “Məcnun” çıxacaq...
Sonuncu dəfə “Leyli və Məcnun” operasına üç-dörd ay əvvəl, Aygün Bayramova ilə Mənsum İbrahimovun ifasında baxmışdım. Elə o vaxtdan harada oturub-dururdumsa, deyirdim ki, Mənsum İbrahimovla Səbuhi İbayev “Məcnun”dan, Aygün Bayramova ilə Nəzakət Teymurova isə “Leyli”dən getməlidir. Mən “Leyli və Məcnun” operasına ən azı iyirmi dəfə baxmışam və həmişə də adını çəkdiyim sənətkarların möhtəşəm ifalarının şahidi olmuşam. Mənə qalsa, Nəzakət Teymurova ilə Mənsum İbrahimovu “Leyli və Məcnun” operasının indiyə qədərki ən uğurlu ifaçıları adlandırardım. Ancaq onlar indiki vaxtda bu obrazlarda nə qədər yerində görünsələr də, rollarını dəyişməlidirlər. Burada söhbət bəzi peşə sahiblərinin zirvədə olanda sənətdən gedib insanların yadında hər zaman möhtəşəm qalmasından getmir. Məsələ opera səhnəsində nəsil dəyişməsindən, ən əsası isə hər kəsin yaşına uyğun işlə məşğul olmasından gedir...
Axı cəmi bir neçə ay sonra 50 illik yubileyini qeyd edəcək Mənsum İbrahimov səhnədə 16 yaşlı “Məcnun”u necə yarda bilər? Bu səmimi və inandırıcı olarmı? O, nə qədər peşəkar olsa da, “yaş o yaş” deyil. Səhnədə əsil “Məcnun” olmaq üçün heç olmasa, həyatda özünü Məcnun kimi hiss eləməlisən. Nəvə oynadan bir adamın, nə qədər peşəkar olsa belə, səhnədə özünü yeniyetmə, sevdiyi qızdan ötrü dağlara-daşlara düşən kimi göstərməyi ən azı qeyri-səmimilikdir. Və ya artıq 37 yaşlı Nəzakət Teymurovanın, 42 yaşlı Gülüstan Əliyevanın 15 yaşlı “Leyli”ni hansı hisslərlə oynadığını heç cür anlamıram. İndi səhnədəki başqa “Leyli və Məcnun”ların adını çəkmək istəmirəm. Bu gün onların heç birinin yaşı “Leyli və Məcnun”u oynamağa imkan vermir. İndi mən Nəzakət Teymurovanı yaşına yaraşan və oynayacağı təqdirdə daha canlı obraz yaradacaq “Leylinin anası” kimi görmək istəyirəm. Elə Nəzakət Teymurova kimi Aygün Bayramova, Gülüstan Əliyeva, Mənsum İbrahimov, Səbuhi İbayev də bu operada yaşlarına və səs imkanlarına uyğun rolları seçsələr daha məqsədəuyğun olar. Kimsə ötən sərin əvvəllərindən nümunə gətirib, ixtiyar yaşlı sənətkarların, hətta əks cinsin nümayəndələrinin bu rolları uğurla ifa etmələrini əsas gətirə bilməz. Bu tarixi faktın bir çox məlum səbəbləri var və mən bu barədə hamının bildiklərini yazmaq istəmirəm...
Axı bu gün Azərbaycanda yetərincə gözəl səs imkanları olan gənc istedadlar yetişib. Kim deyə bilər ki, Güllü Muradova “Leyli”ni Nəzakət Teymurovadan pis ifa edə bilər? Və ya muğam müsabiqəsindən hər kəsin yaxşı tanıdığı Ehtiram Hüseynov, Abgül Mirzəliyev, Rəvanə Ərəbova və adını çəkmədiyim digər gənc ifaçıların hansı biri bu rolların öhdəsindən gələ bilməz? Bu gün kimlərdən daha real, inandırıcı “Leyli və Məcnun” çıxar, artıq qeyd etdiyimiz kimi ağsaqqal, ağbirçək yaşında olan sənətkarlardanmı, ya hələ bəlkə də ilk məhəbbətlərini belə yaşamayan bu gənclərdənmi? Səhnəyə sevginin xariqələr yarada biləcəyinə inananlar çıxmalıdır, yoxsa bu həyatda sevgiqarışıq hər şeyin mənasızlığını görənlər, bütün mübarizələrin isə məğlubiyyətlə nəticələndiyini dərk edənlər yox. Bu yaşda “Leyli”nin anası kimi sevgiyə “Sən hardan eşq zövqü hardan?” münasibətini bəsləmək daha səmimidir, nəinki “Leyli” obrazında “Eşqin qılmazdı kimsə yadın, ha səndən eşitdim indi adın” deyib ancaq “oynamaq”. Həyatda bacarmayanda, heç olmasa səhnədə səmimi olmaq lazımdır...
Qayıdıram yazımın birinci cümləsinə. Eşidəndə ki, səhnəyə yeni “Leyli” və “Məcnun” çıxacaq, buna çox sevindim və özümü bir təhər operanın binasından içəri saldım. İndi baxaq görə mən haqlıyam, ya Mənsum İbrahimov?
Səhnənin yeni “Leyli”si Vüsalə Musayeva ilə “Məcnun”u İlkin Əhmədovun haqqında düşündüklərimi qısaca yazacam. Hər şeydən əvvəl demək lazımdır ki, həm Vüsalə Musayevanın, həm də İlkin Əhmədovun çox geniş səs imkanları var. Mən deyərdim ki, gözəl səslərinin olması onların hər ikisinə bir qədər mane də oldu. Əsərin qəhrəmanları gözəl boğazlar eləyib, gücü oxumağa verməklə tamaşaçılara nüfuz eləməyə çalışdılar, əsər, sevib-sevilmək isə qaldı bir tərəfdə. Dünənki təqdimatı bircə cümlə ilə qiymətləndirsək, belə deyə bilərik: mükəmməl ifa, zəif artistizm, bərbad quruluş. Əsərin baş qəhrəmanlarının görünüşü, hər şeydən əvvəl gənc olmaları tamaşaçıda maraq oyadır, adam onların hisslərinə hörmət eləyir. Səhv etmirəmsə, bu Vüsalə ilə İlkinin ikinci “Leyli və Məcnun”udur. Onların az keçmədən, səhnəyə uyğunlaşacağına, təcrübə toplayacağına, yüksək artistlik bacarığı nümayiş etdirəcəklərinə, bir sözlə, oxumaqla yanaşı, oynadığı rolları da unutmayacaqlarına inanıram.
Operada təsadüfən rastlaşdığım Qabil Abbasoğlu qeydlər apardığımı görüb, “Bir neçə saat əvvəl İlkin Əhmədovun yaxın qohumu dünyasını dəyişib, amma xəbəri yoxdur”-dedi. Doğrudan da çətindir. Ancaq İlkin Əhmədov bu ağır xəbərdən operadan qabaq xəbər tutsaydı belə, həmin an başqa heç nə yox, “Leyli” haqqında düşünməli idi...
Əsərə bərbad quruluş verən Hafiz Quliyev isə gənc ifaçıların səhnə davranışlarına, münasibətlərin səmimi alınmasına, pərdələr arasındakı uzun fasilələrin qısaldılmasına diqqət yetirməlidir. Dünən pərdələr arasındakı fasilə adamların operadan ayrılıb evdəki problemlərini düşünə biləcəyi qədər uzun idi. Sadəcə, belə olmaz.
Dünənki “Leyli və Məcnun” haqda tənqidi fikirlər səsləndirmək üçün yetərincə arqumentlər var. Ancaq biz səhnənin yeni “Leyli” və “Məcnun”larını alqışlamalı və gedib onlara baxmalıyıq...
Gedib baxmaqdan söz düşmüşkən, operaya öz istəyi ilə gələn və səhnədəki aktyorlar qədər həssas olduqlarına şübhə etmədiyim tamaşaçılara da sözüm var. Bəzi insanlar “Leyli və Məcnun” operasını, “Barselona-Mançester Yunayted” qarşılaşması kimi izləyir. Hərçənd, mən hər ikisinə sükutla tamaşa eləyirəm...

1483