Xalq artisti Tofiq Tağızadənin 90 illik yubileyi keçiriləcək
“Uzaq sahillərdə” filminin isə 50 yaşı tamam olur
Dövlət Film Fondunun təşkilatçılığı ilə mart ayında Azərbaycanın görkəmli rejissoru, xalq artisti Tofiq Tağızadənin anadan olmasının 90, “Uzaq sahillərdə” bədii filminin 50 illik yubileyləri qeyd olunacaq. Lent.az-ın məlumatına görə, Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, Azərbaycan kinematoqrafiyasının inkişafı həm də Tofiq Tağızadənin adı ilə bağlıdır. Ölkəmizin kino tarixində onun lentə aldığı filmlərin, xüsusilə də “Uzaq sahillərdə”nin öz yeri var. Ona görə bu yubileylərin birlikdə keçirilməsinin məntiqi əsası var.
Tədbirdə Tofiq Tağızadə yaradıcılığına bir daha nəzər salınacaq, Azərbaycan kinosunun inkişafında rejissorun xidmətlərindən söz açılacaq, çəkdiyi filmlərdən franqmentlər təqdim olunacaq.

Oxşar yazılar

Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI
26 iyul 2025 , 11:34
Qədim Romada xəyanət edən qadına hansı cəza verilirdi? - Qan donduran FAKTLAR
25 iyul 2025 , 20:15
Arif Babayevin SON DURUMU - YENİLƏNİB
25 iyul 2025 , 15:10
"336 manat 58 qəpik təqaüd alıram" - Küçədə corab satan aktyorla MÜSAHİBƏ
25 iyul 2025 , 14:54
Leonardo da Vinçi müəmması: Kainatın sirrini “Vitruviyalı adam”ın ayaqları arasında gizlədib
22 iyul 2025 , 20:15
Şuşada Vaqif Poeziya günləri keçirilir
22 iyul 2025 , 18:37
Yay günlərində izləyə biləcəyiniz 6 film - VİDEO
21 iyul 2025 , 16:57