“Qarabağda bayram var” adlı konsert proqramı olub
21 noyabr 2020 11:32 (UTC +04:00)

“Qarabağda bayram var” adlı konsert proqramı olub

Türkiyənin “TRT Muzik” televiziya kanalı Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə “Qarabağda bayram var” adında konsert proqramı yayımlayıb.

Lent.az xəbər verir ki, Prezident İlham Əliyevə məxsus tarixi “Qarabağ Azərbaycandır!” ifadəsi proqramın səhnə tərtibatının əsas görünüşündə əksini tapıb.

Aparıcı Azərbaycana və Qarabağa dair şeirlər söyləyib, hərb tariximizdə şərəf dastanı yaradan müzəffər Ordumuzun rəşadətli qələbəsi barədə tamaşaçılara məlumat verib. İşğal altındakı torpaqlarımızın düşməndən geri alınması bütün türk dünyasının tarixi zəfəri kimi dəyərləndirilib.

Canlı yayınla nümayiş olunan konsertdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Türk dünyası mahnı və rəqs ansamblının ifasında Azərbaycan mahnıları və rəqsləri təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2152
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar