Mütəxəssislər tez-tez yuxuya getməyə mane olan amili müəyyən ediblər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, dünyada insanların 4-22 faizi yuxusuzluqdan əziyyət çəkir.
Alimlərin fikrincə, yuxu pozğunluğunuz varsa, saata baxmamalısınız, çünki bu davranış yalnız stressi və narahatlığı artırır. Yuxuya qalan vaxtı təxmin etməyə çalışmaq yuxu pozğunluğuna səbəb olur.
Mütəxəssislər xüsusilə yatmazdan əvvəl meditasiya etməyi məsləhət görürlər.