Yuxuya asan getməyin  yolu
27 avqust 2025 14:28 (UTC +04:00)

Yuxuya asan getməyin yolu

Yuxunu yaxşılaşdırmaq üçün çox tanınmış strategiyalar mövcuddur: yatmazdan əvvəl bir saat öncə elektron cihazları söndürmək və ya kifayət qədər fiziki aktivlik. Amma bu üsullar adətən ani təsir göstərmir, xüsusilə də gecənin ortasında oyananda və bir daha yuxuya gedə bilməyəndə.

Amma bir qadın iddia edir ki, o, saniyələr içində sizi yuxu aləminə aparacaq “sehrli” texnikanı tapıb. Bu metod xüsusilə saat 3-də oyanıb təkrar yuxuya gedə bilməyənlər üçün kəşf sayılır.

Necə saniyələrə yuxuya getmək olar?

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Cenna Koak sosial şəbəkələrdə qarşılaşdığı metodu izah edib.

Başda tərəddüd etsə də, bir neçə axşam sınadıqdan sonra bunu indiyədək rast gəldiyi ən yaxşı üsul adlandırıb. Üstəlik, bunun üçün xüsusi alət lazım deyil və çox vaxt da aparmır, sadəcə, gözlə edilən sadə hərəkətlərdir. Bu hərəkətlər beyninizi “aldadaraq” sizi yuxuya göndərə bilər.

“Gözləriniz bağlı olmalıdır. Belə ki, sağa baxırsınız, sonra sola, yuxarı, aşağı. Sonra dairəvi hərəkət edirsiniz. Əvvəl bir istiqamətə, sonra isə digər istiqamətə. Vəssalam. Sadəcə bunu təkrar edirsiniz, ta ki, yuxuya gedənədək”, - o bildirib.

Bu üsul bəzilərinə təsir göstərmək üçün bir az vaxt tələb edə bilər. Amma Cenna deyir ki, bir dəfə bu hərəkətləri cəmi iki dəfə etdikdən sonra dərhal yuxuya getmiş və səhər oyandığını xatırlamışdır.

Qadın həmçinin metodu elmi baxımdan da araşdırdığını söyləyib. Onun fikrincə, bu texnika parasimpatik sinir sistemini stimullaşdırır, hansı ki, orqanizmin dincəlməsi və istirahət zamanı işləyən funksiyalarına cavabdehdir.

O, əlavə edib ki, bu göz hərəkətləri beyninizi “aldadaraq” ona REM yuxusu (sürətli göz hərəkətləri mərhələsi) halında olduğunu düşündürür. Bu yuxu fazası beynin aktiv fəaliyyəti və canlı yuxularla xarakterizə olunur

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 386

Oxşar yazılar