Yuxuda  namaz qılmaq   nədən xəbər verir?
30 avqust 2022 09:09 (UTC +04:00)

Yuxuda namaz qılmaq nədən xəbər verir?

Namaz qılmaq müsəlman dininin 5 şərtindən biri hesab olunur. Namaz qılan insanlar namazı qaçırır və ya unudurlarsa, şüuraltında bununla bağlı mütləq nələrsə yuxuda göstərilir. Yuxuda namaz görmək həm dini, həm də yuxu yozumlarında xeyirə əlamət olduğu deyilir. 

Bəs, yuxu zamanı namaz qılmağı görmək insana nələri agah edir?

Lent.az yuxuda namaz qılmağın hansı mənaya gəldiyi ilə bağlı məlumatlari təqdim edir:

Yuxu görən adam yaxşı mənada həyatda mövqeyə çatacaq və işlərini yoluna qoyacaq. Həmin şəxs hansısa məsuliyyətli işlərin öhdəsindən gələcək, sıxıntıdan, üzüntüdən, maddi imkansızlıqdan və küsülü olan biri ilə barışacağını bildirir. 

Bundan başqa, bu yuxu günahlardan təmizlənə bilmək, qəlbin hüzurla dolması və ruzi-bərəkətə sahib olmaqdan xəbər verir. Namaz təsbehi görmək halal qazanca və maddi dirçəlişlər üçün xeyirə əlamətdir. 

Yuxuda məsciddə və ya Kəbədə namaz qılmaq ondan xəbər verir ki, xəyallar gerçəkləşəcək. Yuxu sahibi səbrli, təmkinli olsa, həyatda xoş xəbərlərdən agah olacaq. Namaz qılanları görmək isə yüksək sevinc, xoşbəxtliklərlə üzləşəcəyini göstərir. 

Yuxuda səhər namazı görürsünüzsə, kiməsə verdiyiniz sözü tutmağınız tələb olunur. Başqa bir yozumda isə bərəkət, təmizlik, gözəllik və xoş auralı insan olduğunuzu sizə deyir.

Günorta namazı ümumi olaraq bir yardımdan, çağırışdan xəbər verir. Məsələn, borcu olan şəxsin borcunu başqası ödəyəcək və s. Yəni ki, yuxu sahibi kiminsə kömək əlinin ona tərəf uzandığını görəcək. 

Bundan əlavə, şans və qismət qapısı açıqdır, sağlamlıq problemləri düzələcək və qara buludlar yuxu sahibinin üzərindən götürüləcək. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6243
avatar

Nigar Namiq

Oxşar yazılar