Yeraltında yaşayan  balıq tapıldı: kor, rəngsiz və qabırğasızdır
30 avqust 2026 03:25 (UTC +04:00)

Yeraltında yaşayan balıq tapıldı: kor, rəngsiz və qabırğasızdır

0

Hindistanda quyudan çıxarılan kiçik, rəngsiz və kor balığın elm üçün tamamilə yeni növə aid olduğu müəyyənləşdirilib.

Lent.az xəbər verir ki, bu barədə Earth.com məlumat yayıb.

Təxminən 4 santimetr uzunluğunda olan balığın ən qeyri-adi xüsusiyyəti onun bütün həyatını yeraltında keçirməsidir. Alimlər bildirirlər ki, bu, tamamilə yeraltı mühitdə yaşayan ilk məlum balıq cinsi kimi qiymətləndirilir.

Qaranlıqda yaşayan canlılarda gözlərin və rəng piqmentlərinin zamanla itməsi müşahidə oluna bilər. Yeni balığın da belə mühitə uyğunlaşdığı düşünülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 164

Oxşar yazılar