Yapon qadınları niyə kökəlmirlər?  Əsas sirr açıldı
18 noyabr 2025 11:54 (UTC +04:00)

Yapon qadınları niyə kökəlmirlər? Əsas sirr açıldı

0

Yapon qadınlarının arıqlığı və uzunömürlülüyünün sirri qidalanma və həyat tərzinin “üç qızıl prinsipində” gizlənir.

Lent.az bu sirrləri təqdim edir:

Yapon qadınlarını istənilən yaşda gözəllik və gəncliyin nümunəsinə çevirən nədir? Səbəb nə sərt dietalarda, nə də ağır məşqlərdədir. Sirr qidalanmanın və gündəlik ritmin üç əsas qaydasındadır.

1-ci prinsip: yalnız təzə və təbii məhsullar

Yapon qadınlarının süfrəsində hər gün müxtəlif tərəvəzlər, keyfiyyətli zülak mənbələri (dəniz məhsulları, balıq, yumurta, tofu, soya paxlası) və çox az miqdarda qırmızı ət olur. Belə qidalanma bədənə lazımi mikroelement balansını verir və həzmi yüngülləşdirir.

2-ci prinsip: qidada “mərhəmlilik” yəni az yemək

Yapon mədəniyyətinin məşhur “hara haçi bu” qaydası insanlara 80% doyunluq hissində yeməyi dayandırmağı tövsiyə edir. Yəni tam tox olmadan bir az əvvəl durmaq. Bu, həddindən artıq yeməyin qarşısını alır və artıq yağ yığılmasını əhəmiyyətli dərəcədə azaldır.

3-cü prinsip: fiziki aktivlik və nizamlı gün rejimi

Yapon qadınlarının həyat tərzi daim hərəkət üzərində qurulub çox gəzmək, yüngül idman, kiçik porsiyalarla müntəzəm qidalanma.

Bu yanaşma:

immuniteti gücləndirir,

bədən dözümlülüyünü artırır,

sərt məhdudiyyətlər olmadan gözəl fiqura formalaşdırır.

Bu sadə qaydalara əməl etməklə insanlar həm yeməkdən zövq alır, həm sağlamlıqlarına diqqət göstərir, həm də hər yaşda zərif görünə bilirlər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar