Almaniyada yaşlı cütlük səhər saat 08:00-dan başlayaraq gündə 200 dəfə xoruz banladığına görə qonşularını məhkəməyə verib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Şimali Reyn-Vestfaliya əyalətinin Bad Salzuflen şəhərində yaşayan Friedrix-Vilhelm K. və həyat yoldaşı Jutta, qonşuları Mixaelin xoruzunun səhər saat 08:00-dan başlayaraq gündə 200 dəfə banladığını bildirib. Bunu özlərinə qarşı "işgəncə" kimi hiss edən Mixael D.ya qarşı iddia qaldırıblar.
76 yaşlı cütlük Maqda adlı xoruzun saat 08:00-da banlamağa başladığını və günün qalan hissəsində susmadığını bildirərək, xoruzun evdən çıxarılmasını istədiklərini bildiriblər. Yaşlı cütlük məhkəməyə sübut təqdim etmək üçün xoruzun hər banladığını qeydə aldıqlarını da vurğulayıblar.
"Toyuqların xoruza ehtiyacı var...”
Ancaq Maqdanın sahibi 50 yaşlı Mixael toyuq bəslədiyini əsas gətirərək xoruza ehtiyacı olduğunu iddia edib: "Toyuqlar xoruz lazımdır, əks halda bir-birini qoparardılar".
Mixael 2018-ci ildə yumurtalarından istifadə etmək üçün 5 cücə aldığını, lakin onlardan birinin xoruz olduğunun üzə çıxdığını bildirib.