Xoruz məhkəmədə  banlamaq hüququ   "qazandı" və min avro uddu
15 may 2023 00:48 (UTC +04:00)

Xoruz məhkəmədə banlamaq hüququ "qazandı" və min avro uddu

Fransanın şimalındakı Sen-Pyer-d'Orlean kəndindən olan xoruz Moris səhər banlamaqla bağlı məhkəməyə müraciət edən təqaüdçü cütlüklə bağlı məhkəməni qazanıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Roşfor dairəsinin məhkəməsi xoruzun lehinə qərar çıxarıb.

"Moris qalib gəldi və iddiaçılar onun sahibinə min avro məhkəmə xərclərini ödəməlidirlər", - xoruz sahibinin vəkili deyib.

Hakim qadının səs-küyü məhdudlaşdırmaq üçün kifayət qədər addımlar atdığını, digər sakinlərin Morisdən şikayət etmədiyini və iddiaçıların bütün il ərzində məhəllədə yaşamadığına qərar verib.

Yaşlı iddiaçılar Jan-Lui Biron və Joel Andreyu qocalıqlarını dinc yaşamaq məqsədi ilə təxminən 15 il əvvəl Fransanın mənzərəli Oleron adasında ev alıblar. Amma məhkəmədə deyiblər ki, buna xoruzun banlaması mane olur.

35 ildir Oleronda yaşayan quşun sahibi Korinn Fesso cavab verib ki, onun xoruzu sadəcə olaraq “digər xoruzların etdiklərini edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2379
avatar

Oxşar yazılar