"Vikipediya"nın təsisçisi bir dəqiqədən sonra  müsahibəni bitirdi: "Bu, indiyə qədərki ən axmaq sualdır"
18 noyabr 2025 18:54 (UTC +04:00)

"Vikipediya"nın təsisçisi bir dəqiqədən sonra müsahibəni bitirdi: "Bu, indiyə qədərki ən axmaq sualdır"

0

“Vikipediyanın yaradıcısı” kimi tanınan Cimmi Ueylsin müsahibəsi gözlənilmədən yarımçıq qalıb. O, jurnalistin ilk sualından dərhal sonra əsəbiləşərək söhbəti dayandırıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, amerikalı biznesmen alman siyasi YouTube kanalına qonaq olub və özünü “Vikipediyanın qurucusu” kimi təqdim edib.

Aparıcı Tilo Yunq isə dəqiqləşdirmək istəyərək soruşub: "Ueyls “təsisçi” sayılır, yoxsa “həmtəsisçi”?

Bu sual sahibkarı qəzəbləndirib. O, bunun “onun üçün heç bir əhəmiyyət daşımadığını” bildirib və sualı “dünyanın ən axmaq sualı” adlandırıb.

Müsahibə necə yarımçıq qalıb?

Jurnalist mövzunu davam etdirməyə çalışsa da, Ueyls artıq bu barədə dəfələrlə danışdığını qeyd edərək ayağa qalxıb və əlavə edib:Bitirdi̇m. Çox sağ olun! Bu axmaqlıqdır, ən axmaq sualdır”.

Aparıcı etiraf edib ki, bu, kanal tarixindəki ən qısa müsahibə olub.

“Vikipediya”nın həmtəsisçisi kim sayılır?

Əvvəllər də bildirilirdi ki, “Vikipediya”nın yaradıcıları arasında amerikalı filosof  Larri Sanger də qeyd olunur. O, 2002-ci ildə layihədən ayrılıb və illər boyu onun işini dəfələrlə tənqid edib. Jurnalistlər bu mövzunun Ueyls üçün “həssas məsələ” olduğunu vurğulayırlar.

Ueyls isə daha əvvəl bəyan edib ki, “həmtəsisçi” mövzusu onun üçün maraqlı deyil və bu termin Sangerin layihədəki rolunu tam əks etdirmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar