Tualet kağızları demək olar ki, 99 faiz ağ rəngdə istehsal olunur. Sizcə, bu, bir təsadüfdür? Əlbəttə, yox.
Lent.az xəbər verir ki, hekayəsi ötən əsrin 50-ci illərinə gedib çıxan bu kağızların fərqli istifadə üsulları mövcuddur. Necə?
Tualet kağızları istehsalçı firmalar üçün sərfəli bir şey idi, çünki kağızlara əlavə olunan boyalar ayrıca xərc deməkdir. Düzdür, günümüzdə fərqli dizaynda, parfüm qoxulu kağızlar da satılır. Buna səbəb texnologiyanın artıq dəyişməsi, araşdırmaların nəyin arzu olunduğunu, pis olduğunu göstərməsidir.
Məsələn, Amerikada 1980-ci illərə qədər rəngli tualet kağızları istifadə edilib. Ona görə ki, o dövrlərdə tualetlər rəngarəng dizaynda olub. Lakin daha sonra rənglilərin yerinə, bəyaz kağızlar dövriyyəyə mindi. Çünki rəngli kağızların həm dəriyə, həm də təbiətə ziyan vurduğu deyilirdi. Getdikcə memarlar hamam və tualetləri sadə və bəyaz rənglərdə dizayn etməyə keçdilər.