Təyyarədə tualetə BU HALDA GEDİN  - Gizli detallar...
27 avqust 2022 19:14 (UTC +04:00)

Təyyarədə tualetə BU HALDA GEDİN - Gizli detallar...

Təyyarə ilə səyahətə üstünlük verənlərin sayı hər il eksponent olaraq artır. 2021-ci ildə dünya üzrə təyyarə ilə səyahət edən sərnişinlərin sayı 2,2 milyard olaraq açıqlanıb. Ancaq dünyada milyardlarla insanın həyata keçirdiyi bu səyahətlərlə bağlı bəzi gizli detallar var. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gizli detallardan biri təyyarədəki tualetin təmizlənməsi ilə bağlıdır.

Bununla bağlı İngiltərənin böyük hava yolu şirkətlərindən birində çalışan və adının çəkilməsini istəməyən keçmiş kabinə işçisinin verdiyi açıqlamalar insanları heyrətə gətirib. 

Belə ki, o, təyyarənin ən çirkli yerinin tualet olduğunu deyib. Keçmiş kabinə işçisi tualetlərin təmizliyi barədə bunları açıqlayıb: 

"Təyyarənin tualetləri sıxlıq və ya digər səbəblərə görə heç də həmişə əsaslı təmizlənmir. Adətən, tualet kabinələri uçuşa az vaxt qalmış tez təmizlənir, uçuş zamanı isə hər yarım saatdan bir yoxlanılır. Ancaq təcili işlər olarsa, tualetə baxmazlar”.

Bundan başqa, təyyarənin ölçüsünə görə bir neçə ola biləcək tullantı çənlərinin normal olaraq təyyarə eniş etdikdən sonra boşaldılması lazım olduğunu deyən məmur, 2022-ci ilin sıx keçməsi səbəbi ilə çənlərin boşaldılmasının bir neçə gün gözlənildiyini qeyd etib.

Əgər çən daşarsa, boruların partlaması və içindəkilərin təyyarəyə daxilolma riski var ki, bu hal da əvvəllər baş verib. 

Keçmiş kabinə işçisi təyyarədə tualetdən istifadə etmək üçün "ən pis vaxtın" havaya qalxmazdan əvvəl və uçuşun sonunda olduğunu söyləyib. Bu vəziyyət xüsusilə uzun məsafəli uçuşlar üçün doğrudur: 

"Turbulentlikdən sonra tualetə getmək də son dərəcə pis bir vaxtdır. Təhlükəsizlik kəmərləri açıldıqdan sonra tualetə ehtiyacı olan onlarla insanı görəcəksiniz”.

Eyni zamanda, keçmiş kabinə işçisi “Təyyarədə dişlərinizi fırçalamayın” xəbərdarlığını edərək, detalları paylaşıb:

"Təyyarə tualetində dişlərinizi fırçalamayın. Təyyarədə olan bütün sular eyni su çənindən gəlir və süzülmür. Əgər həqiqətən ehtiyacınız varsa, qabda olan sudan istifadə edin. Amma əsas məsləhətim odur ki, diş fırçanızı təyyarə tualetinin yanından belə keçirməyin".

Tualetə gedərkən maska taxmağı da tövsiyə edən işçi səbəbini belə açıqlayıb:

"Havalandırma çox qeyri-kafidir. Hər dəfə tualetə gedəndə sizdən əvvəl tualetdən istifadə etmiş bir çox insanın qalıqları ilə nəfəs alırsınız”.

Digər tərəfdən 2 il stüardessa işlədiyini bildirən 25 yaşlı “TikTok” istifadəçisi Şina Mari də uçuş zamanı təyyarədə ölüm baş verənlərlə bağlı video yayımlayıb. 2,8 milyon insanın izlədiyi videodakı məlumat çoxlarını təəccübləndirib.

Sərnişinlərdən biri ölərsə, nə edilməli olması ilə bağlı standart prosedur yoxdur. Bununla bağlı hər bir aviaşirkət öz qaydalarını tətbiq edir. 

Şina Mari "Sərnişin öləndə gedəcəyimiz yerə qədər təyyarədə qalırlar. Hər kəs ölən sərnişinin təyyarədə tualetə və ya dəhlizə bağlı olduğunu düşünsə də, uçuş təhlükəsizliyi baxımından bu mümkün deyil”, deyib.

İdarə heyətinə vəziyyət barədə məlumat verildikdən sonra pilotlar bunun üçün nə edəcəkləri ilə bağlı son qərarı verirlər. Təyyarənin təyinat yerindən uzaqda olduğu və ya təyyarədəki bütün oturacaqların tutulduğu hallarda pilot kabinəsinin heyəti geri qayıtmağa qərar verir. Ölən sərnişinin təyyarənin arxasındakı mövcud oturacaqlara bağlanması tövsiyə edilir. Bu oturacaqlar doludursa, sərnişinin biznes klass bölməsinə bağlanması məsləhət görülür. Bütün oturacaqlar doludursa, ölən sərnişin öz oturacağına bağlanır. Sonra onun üstü örtülür.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4242
avatar

Oxşar yazılar