Gündəlik təmizlikdə istifadə etdiyimiz bir çox kimyəvi məhsul həm sağlamlığımızı təhlükə altına alır, həm də zamanla əşyaların materialına zərər verir. Xüsusilə ağ idman ayaqqabıları həm ləkəni asanlıqla göstərir, həm də çamaşır suyu kimi güclü kimyəvi maddələrlə təmizləndikdə saralır. Lakin hər kəsin mətbəxində olan sadə bir maddə var ki, ayaqqabıları demək olar yenicə alınmış kimi ağ edir...
Lent.az bu üsulu sizə təqdim edir:
Sirke yalnız salatlara ləzzət qatmaqla qalmır, təmizlikdə də əsl möcüzə yaradır. Təbii turşulu (asetik turşu) quruluşu sayəsində həm gigiyena təmin edir, həm də ləkələri effektiv şəkildə təmizləyir. Xüsusilə ağ ayaqqabılar üçün hazırlanmış təmizlik suyuna bir qaşıq sirkə əlavə etmək, çamaşır suyuna görə daha təsirli və təhlükəsiz nəticə verir. Sirkənin təmizləyici təsiri tərkibindəki asetik turşudan qaynaqlanır. Bu təbii maddə həm bakteriya və mikrobları yox edir, həm də inadkar ləkələri təmizləyir. Ayaqqabılardakı toz, palçıq, tər ləkəsi kimi çətin kir və ləkələrlə mübarizə apararkən, materiala zərər vermir. Üstəlik, sirkə pis qoxuları da aradan qaldıraraq ayaqqabılara təravətli bir hiss verir.
Sadəcə ovmaqla təmizləyin
Təmizlik suyuna bir qaşıq ağ sirkə əlavə edib, içinə yumşaq tüklü bir fırça batıraraq ayaqqabılarınızı ovmanız kifayətdir. Xüsusilə parça və kanvas tərzli idman ayaqqabılarında sirkənin təsirini bir neçə dəqiqəyə müşahidə edə bilərsiniz. Əgər ayaqqabılarınız çox çirklidirsə, sirkəni bir az karbonatla qarışdıraraq qatı bir məcun hazırlaya və bu qarışığı birbaşa ləkənin üstünə çəkə bilərsiniz. Çamaşır suyu əksər hallarda ayaqqabının rəngində saralma və parçada nazilmə kimi zərərlərə səbəb olur. Sirkə isə bu cür mənfi təsirlər yaratmaz. Tam əksinə, təbii qoruyucu funksiyası görərək həm rəngi qoruyur, həm də ayaqqabının ömrünü uzadır. Eyni zamanda ayaqqabı bağlarını da sirkəyə batıraraq tertəmiz bir görünüş əldə edə bilərsiniz.
Tək ayaqqabı deyil – hər yerə uyğundur
Sirkə ilə edilən təmizlik yalnız ayaqqabılarla məhdudlaşmır. Eyni qarışıqdan lavabo, keramika səthlər və mətbəx tezgahlarında da istifadə edə bilərsiniz. Üstəlik, toksik maddə tərkibli olmadığı üçün uşaqlı ailələrdə və ev heyvanı olan mühitlərdə də təhlükəsiz şəkildə istifadə edilə bilər.