Soyuq Müharibə dövründə sovetin Dövlət Təhlükəsizlik Komitəsi (DTK) ilə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) arasında da gizlin formada rəqabət vardı. Bu, əsasən dövrümüzdən o illərə baxanda bəsit görünsə də, zamanının yeni texnologiyaları ilə özünü vüruzə verirdi.
Lent.az XX əsrin ortalarında sözügedən qurumlar tərəfindən istifadə edilən xüsusi avadanlıq və cihazları təqdim edir.
Pomada-tapança. 4,5 mm çapında. (DTK).
Bir cüt düymə şəklində kompas. Yarıları bir-birinin üstünə quraşdırdıqda naviqasiya işə düşür (DTK).
Ağac kötüyü kimi kamuflyaj edilmiş radarları və hava hücumundan müdafiə sistemlərini dinləmək üçün sistem. DTK kötüyü aşkarlayana qədər toplanmış məlumatlar müntəzəm olaraq peyk vasitəsilə bu cihazla MKİ-yə ötürülürdü.
Kömür parçası şəklində maskalanmış bomba. (MKİ).
Düymə ilə kamuflyaj edilmiş miniatür "Ajax" kamerası. Ötən əsrin 70-ci illəri (KQB).
İçində sirr saxlanılan sikkə. KQB.
İçərisində məxfi məlumatlar olan qol düymələri. (KQB).
Agentin özünü məhv etməsi üçün eynəyə yerləşdirilmiş zəhər qabı. Ötən əsrin 70-ci illəri (MKİ).
Göyərçin üzərinə quraşdırıla bilən miniatür kamera.