Şir bürcü   qadınlarının xarakteri necədir?
23 sentyabr 2022 09:16 (UTC +04:00)

Şir bürcü qadınlarının xarakteri necədir?

Ulduzlar sistemində beşinci yeri tutan Şir bürcü təxminən iyulun 23-dən avqustun 22-nə qədər olan dövrü əhatə edir. Günəşin idarə etdiyi, od qrupuna aid olan şir bürcləri insanları asanlıqla təsiri altına almaqları ilə tanınır. 

Bəs, ayrılıqda şir bürcünün qadın nümayəndələrinin xarakteri necədir?

Lent.az onların xarakterlərini təqdim edir:

Şir bürcü qadınları həmişə yüksək enerjiyə malikdirlər. Onlar enerjili davranışları ilə ətrafdakı insanlara müsbət hisslər bəxş edir. Şir bürcü qadınları mehriban, səmimi və güclü olmaqları ilə də bilinir. 

Bu bürcün qadınları dost mühitində hər zaman arzulanan insan tipidir. 

Şir bürcü qadınlarının bir çox müsbət xüsusiyyəti var. Onlar arasında təşəbbüskar ruhlu və yaradıcı olmaları ön plandadır. Ehtiraslı, optimist və sadiq Şir bürcü qadınları partnyorlarına çox dəyər verirlər. Əylənməyi sevən şir qadınları həm də əyləndirməyi sevirlər. 

Şir bürcü qadınlarının ən mənfi xüsusiyyəti isə özlərindən çox razı olmaqlarıdır. Avtoritar və lider ruhlu olmaları bəzən ətrafdakı insanlarla problemlərin yaranmasına səbəb olur. 

Şir bürcü qadınları hər hansı bir məclisdə otağa daxil olan kimi bütün yerdə qalan adamlar ikinci plana keçir. Şirlərə diqqət və şöhrət su, hava kimi lazımdır. Onlar tərifi sevirlər. Şirləri bacardıqca çox tərifləyin.

Bu bürcün qadın nümayəndələri daha çox azad və rahat bir münasibət istəyir. Buna görə də həddindən artıq qısqanılmağı sevmirlər. Hər şeyi qədərində xoşlayırlar. Amma maraqlısı odur ki, bürclər arasında ən qısqanc və paxıl şir bürcləridir. Onlar başqalarının paltarlarına, işlərinə, hətta iş yoldaşlarına da paxıllıq edə bilirlər. Bu bürcün qadınları sevgililərini, həyat yoldaşlarını çox qısqanırlar. 

Onlar diqqətə və sevgiyə ac olan bürlər arasındadır. Buna görə Şir bürcü qadını qayğı gördüyü an qarşı tərəfə bağlanır. 

Şir qadınları liderlik və idarəçilik ruhlarını iş həyatlarında da əks etdirirlər. Onlar yüksək vəzifələrdə olmağı sevir. Daha çox şəxsi bizneslərini qurub, çalışırlar. Şir bürcləri dəbdəbəyə maraqlıdırlar. 
 

# 5919
avatar

Sevinc Fərid

Oxşar yazılar

Alimlər buz haqqında  YENİ FİKİRLƏR   bildirib

Alimlər buz haqqında YENİ FİKİRLƏR bildirib

9 dekabr 2022 , 04:44
Soyuducudakı xoşagəlməz qoxunu necə yox etmək olar?

Soyuducudakı xoşagəlməz qoxunu necə yox etmək olar?

8 dekabr 2022 , 14:56
İt aeroportda skanerdən keçdi

İt aeroportda skanerdən keçdi

8 dekabr 2022 , 03:28
Ölü kimi meyit torbasına QOYULDU: 5 saat sonra...

Ölü kimi meyit torbasına QOYULDU: 5 saat sonra...

7 dekabr 2022 , 19:37
Tərəzi bürcü kişilərinin  xarakteri necədir?

Tərəzi bürcü kişilərinin xarakteri necədir?

6 dekabr 2022 , 09:47
300 ədəd iPhone aldı, yarısını oğurladılar

300 ədəd iPhone aldı, yarısını oğurladılar

6 dekabr 2022 , 06:40
Yeni növ dinozavr tapıldı

Yeni növ dinozavr tapıldı

6 dekabr 2022 , 04:19
İlin  ən populyar   VİDEOSU seçildi

İlin ən populyar VİDEOSU seçildi

5 dekabr 2022 , 19:24