2023-cü ilin gəlişinə çox az vaxt qaldı. Evlərdə, ofislərdə və digər məkanlarda bəzədilmiş şam ağaclarına rast gəlirik. Bəs bilirsinizmi şam ağaclarını evin xüsusi hissələrinə quranda uğuru və xoş günləri evinizə cəlb etmək mümkündür?
Lent.az xəbər verir ki, yeni ildə maddi gəlir və uğurları cəlb etmək istəyirsinizsə, evinizin şimal-şərq hissəsində şam ağacı quraşdırmaq daha məqsədəuyğun hesab olunur. Ancaq şəxsi həyatınızda uğur qazanmağı planlaşdırırsınızsa, onun üçün cənub-qərb tərəfində bir yer ayırmaq daha yaxşıdır. Ağacı yalnız şərq və ya cənub tərəflərinə qoymamaq daha yaxşıdır - əks halda şansınızı qorxuda bilərsiniz.
Onu da qeyd edək ki, şam ağacını bəzəmək üçün ən yaxşı vaxt 22-23 dekabrdır.
Bir maraqlı fakt daha: Hər şeydə uğurlar istəyirsinizsə, qırmızı oyuncaqlar seçin. Karyerada yüksəlməyi planlaşdırırsınızsa, qızılı və ya gümüşü əşyalara üstünlük verməyiniz uyğun olar.
Qeyd edək ki, qırmızı və qızılı rənglərdən istifadə etmək uğuru və gözəl enerjini cəlb etməkdə sizə yardımçı olacaq.