Şalvarı yanan alim “Apple” şirkətini MƏHKƏMƏYƏ VERDİ
06 mart 2021 16:31 (UTC +04:00)

Şalvarı yanan alim “Apple” şirkətini MƏHKƏMƏYƏ VERDİ

Avstraliyanın Melburn şəhərində yaşayan alim Robert De Rouz işlətdiyi "iPhone" smartfonuna görə ABŞ-ın "Apple" şirkətini məhkəməyə verib. 

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, o, İT nəhənginə qarşı iddia qaldırmaq üçün hüquqşünaslara müraciət edib. 

Səbəb De Rouzun şalvarının cibində "iPhone Xs" markalı telefonun anidən partlayaraq alışması olub. Alim bildirib ki, bud nahiyəsində ağrı hiss etdikdən sonra gurultulu səs eşidib: 

"Mən atıldım və dərhal telefonumun yandığını başa düşdüm. Telefonu tez cibimdən çıxararaq yerə atmağa çalışdım”. 

Alov nəticəsində De Rouzun budunda ikinci dərəcəli yanıqlar qeydə alınıb, eləcə də şalvarı sıradan çıxıb: 

"Hər yer kül idi, ayağımın dərisi soyulmuşdu". 

Hadisə 2019-cu ildə baş verib, lakin "Apple" şirkəti zərərçəkənin müraciətini təmin etməkdən imtina edib. "Apple" şirkətinin nümayəndəsi öz növbəsində bəyan edib ki, şirkət istifadəçilərin təhlükəsizliyinə ciddi yanaşır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2493
avatar

Oxşar yazılar