Gənc müəllim azyaşlı ilə cinsi əlaqədə olduğu üçün şərti cəza alıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, o, bunun üçün valideynləri evdə olmayanda şagirdin evinə gəlib.
Əvvəlcə 23 yaşlı müəllim Steysi Stel dörd ilə qədər həbs cəzası ilə hədələnsə də, məhkəmə onun hərəkətlərini daha yüngül cəza nəzərdə tutan maddəyə tövsif edib. O, uşağın sağlamlığına təhlükə törətməkdə təqsirli bilinərək 3 ay müddətinə azadlıqdan məhrum edilib və 2 il sınaq müddətinə cəlb edilib.
Stel 2021-ci ilin dekabrında işəgötürən, Golden City özəl məktəb şəbəkəsi tərəfindən başlatılan araşdırmadan sonra saxlanılıb. O, orada əvəzedici müəllim işləyirdi.
Müstəntiqlərin fikrincə, Stel şagird ilə cinsi əlaqədə olduqdan sonra onunla ani messencerlər vasitəsilə əlaqə saxlamağa davam edib. Daha sonra sübutları məhv etməyə çalışaraq, başqa bir şagird vasitəsi ilə ona yazışmaları ilə birlikdə mobil telefondan qurtulmağı təklif edərək, əvəzində yenisini alacağını vəd edib. Polis məmurları onu müəyyən ediblər və bundan əvvəl onun mesajlarına daxil olublar.