Saxalin vilayətində səfərbər olunanların yaxınlarına beş kiloqram balıq veriləcək.
Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, bunu “Vahid Rusiya” partiyasının vilayət icraiyyə komitəsinin rəhbəri Mixail Şuvalov deyib.
O qeyd edib ki, Saxalinə doqquz tona yaxın təzə dondurulmuş balıq ayrılıb. Şuvalov səfərbər olanların ailələrinə tezliklə balıq veriləcəyini vəd edib.
Bundan əvvəl Tuvada səlahiyyətlilər hər səfərbərliyə görə ailələrə bir diri qoyun verməyə başlayıblar.