Rəqqasənin sinəsinə pul qoydu, PEŞMAN OLDU
17 may 2023 12:07 (UTC +04:00)

Rəqqasənin sinəsinə pul qoydu, PEŞMAN OLDU

Türkiyədə Mustafa Karakayış adlı kişi boşanma davası açan həyat yoldaşı Tilbe Karakayışdan üzr istəmək üçün maşının arxasına "Tilbe canım məni bağışla, səni çox sevirəm" yazılı pankart asıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu üzrə səbəb kişinin dostları ilə getdiyi əyləncə məkanında rəqqasəyə pul taxması olub.

Karakayış, "Məni bağışlaması üçün hər şeyi sınadım. Son çarə olaraq maşının arxasına üzrxahlıq pankartı asdım", deyib.

Bodrumda yaşayan evli və 2 uşaq atası Mustafa Karakayış ötən cümə dostları ilə getdiyi əyləncə məkanında rəqqasənin başına pul qoyub.

O, həmin anları sosial media hesabında paylaşıb. Vəziyyəti görən Tilbe Karakayış ərindən boşanmaq üçün məhkəməyə müraciət edərək evi tərk edib. Mustafa Karakayış özünü bağışlaması üçün "Tilbe canım məni bağışla, səni çox sevirəm" yazılmış pankart hazırlayıb və avtomobilinə asıb.

Mustafa Karakayış, "Keçən cümə günü dostlarla bir proqrama getmişdik. Spirtin təsiri ilə rəqqasəyə pul qoydum. O anları öz sosial media hesabımda paylaşdım. Həyat yoldaşım da bunu gördü.

Həyat yoldaşım mənə əsəbiləşdi və boşanmaq üçün məhkəməyə müraciət etdi. Bu mənim günahımdır, üzr istəyirəm, bağışla məni. 2 uşağımız var, çox sevirəm. Mən həyat yoldaşımı sevirəm, evə getməsini istəyirəm, peşmanam. Məni bağışlaması üçün hər şeyi etdim. Son çarə olaraq maşının arxasına üzrxahlıq banneri asdım. İnsanlar bunu görüb deyirlər ki, biz səni bağışladıq, o da səni bağışlasın”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12012
avatar

Fidan İlqar

Oxşar yazılar