Avstraliyanın Kvinslend ştatında yaşayan çoban xalasının dəfn mərasiminə gedə bilmədiyi üçün maraqlı üsula əl atıb.
Lent.az Belçika mətbuatına istinadən bildirir ki, gənc çoban mərasimə karantin məhdudiyyətinə görə gedə bilməyib.
Çıxış yolu tapan gənc çoban maraqlı üsul seçib. Belə ki, o, yemi ürək şəklində otlağa yayıb. Dronla çəkiliş zamanı sürünün qısa vaxtda ürək şəkli əmələ gətirdiyi görünür. Qoyunların bu formada düzülməsi onun cəmi 5 dəqiqə zamanını alıb.