Qlobal istiləşmə planetdə yeni pandemiyalara   səbəb olacaq – ALİMLƏR
22 oktyabr 2022 15:07 (UTC +04:00)

Qlobal istiləşmə planetdə yeni pandemiyalara səbəb olacaq – ALİMLƏR

Tədqiqatçılar bu dəfə Arktika Dairəsinin şimalında yerləşən Hazen gölünün torpağını və çöküntü süxurlarını analiz ediblər. Onlar növbəti pandemiyanın Arktikadan gələ biləcəyini bildiriblər.

Lent.az xəbər verir ki, bu barədə "The Royal Society" jurnalında məlumat dərc olunub.

Məlumata görə, ardıcıllıq metodundan istifadə edərək həmin ərazidə yerləşən virusların DNT və RNT-sini aşkarlamağa çalışıblar. Məlum olub ki, buzlaqların əriməsi nəticəsində suların axması ilə risk daha da artır. Beləliklə iqlim dəyişikliyi pandemiyalar üçün münbit zəmin yaradır.

Qeyd edək ki, əvvəlki tədqiqatlar da buzlaqların əriməsi nəticəsində müxtəlif patogenlər, parazitlər və virusların yayıla biləcəyini göstərib.

Xatırladaq ki, Qrenlandiyada buz örtüyünün əriməsi dəniz səviyyəsini 1,2 santimetr artırıb. Bu, son 20 il ərzində ən yüksək nəticədir. Bu yay isə İspaniyada yüksək temperatur 4600 nəfərin həyatına son qoyub.

# 1956
avatar

Sevinc Fərid

Oxşar yazılar