Bu günlərdə Londonda komik hadisə baş verib: polis “huşunu itirmiş qadını” xilas etmək üçün sənət qalereyasına soxulub.
Lent.az xəbər verir ki, Soho incəsənət qalereyasında huşunu itirmiş qadını xilas etdiklərini düşünən London polisi, sonuncunun sənət əsəri olduğunu aşkar edib.
Həmin gün yoldan keçən biri müasir incəsənət qalereyasının pəncərəsindən huşunu itirmiş qadının masanın üzərinə yıxıldığını görüb polisə xəbər verib. Polislər də dərhal qalareyaya giriblər.
London polisinin sözçüsü bildirir ki, həmin şəxsin əslində model olduğunu biləndə təəccübləndilər.
Britaniyanın gündəlik Metro qəzeti qeyd edir ki, “qadın” əslində “Kristina” adlı sənət əsəridir.