Hadisə Fransanın Yura departamentində baş verib.
Lent.az-ın xəbərinə görə, kəndli qadın xoruz çox banladığı üçün qonşusunu məhkəməyə verib. O, iddiasında qonşusundan 5000 avro təzminat və xoruzun başqa yerə aparılmasını tələb edib.
Məsələ ictimailəşəndən sonra vəziyyət dəyişib. Minlərlə sosial şəbəkə istifadəçisi qadını fikrindən döndərməyə çalışıb. Bu da səmərəli olub.
Qadın məhkəmədə iddasını geri götürüb. Kişi isə xoruzla bağlı məsələni həll etməyə söz verib.