Qadın sosial şəbəkədəki paylaşımla xərçəng olduğunu   ÖYRƏNDİ
08 dekabr 2022 19:30 (UTC +04:00)

Qadın sosial şəbəkədəki paylaşımla xərçəng olduğunu ÖYRƏNDİ

Böyük Britaniyada bir qadın sosial şəbəkədəki paylaşımı oxumaqla xərçəng olduğunu öyrənib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 56 yaşlı Fiona Keyn qonşusunun xərçəng xəstəliyinin əlamətləri barəsində yazısını oxuyub və həmin əlamətlərin özündə olduğunun fərqinə varıb:

“Bir il əvvəl qonşuma süd vəzi xərçəngi diaqnozu qoyulmuşdu. O, bunun barəsində qısa yazı yazıb sosial media hesabında paylaşmışdı. Burada əsasən xəstəliyin əlamətləri və müalicə müddəti haqqında məlumat vermişdi. Bunu oxuduqdan sonra özümdən şübhələndim və müayinə olmağa qərar verdim”,- o bildirib.

Qadın sonra həkimə müraciət edib və ona süd vəzi xərçəngi diaqnozu qoyulub. Keyn bunu öyrənən kimi dərhal 2020-ci ilin fevralında müalicəyə başlayıb. İki dəfə mastektomiya əməliyyatı keçirib. Bir ay sonra o, kimyaterapiyadan keçib.  

Həmin müddət ərzində qadın xüsusi tətbiq vasitəsilə dünyanın hər yerində eyni xəstəlikdən əziyyət çəkən insanları tapıb.

Artıq Keynin xəstəliyi sağalma mərhələsinə keçib. O, əvvəlki ofis işini atıb və mebel ustası kimi işləməyə başlayıb:

“Bu məni çox sevindirir. Heç kimin bəyənmədiyi mebelləri götürürəm, onunla nə isə edib, müxtəlif yeni əşyalar düzəldirəm. Daha sonra bunları satıram”.

Fiona Keyn 2023-cü ildə tam sağaldıqdan sonra Hindistana səfər etməyi planlaşdırır.

Fiona Keyn

# 2412
avatar

Sevinc Fərid

Oxşar yazılar