Qadın boşandı: Toy fotosessiyasına görə  fotoqrafdan pul   tələb etdi
12 may 2023 01:01 (UTC +04:00)

Qadın boşandı: Toy fotosessiyasına görə fotoqrafdan pul tələb etdi

Cənubi afrikalı qadın öz fotoqrafına məktub yazıb və toy fotosessiyasına görə pulun geri qaytarılmasını tələb edib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, afrikalı boşanmasını belə bir tələb üçün kifayət qədər əsas hesab edib.

Keçmiş müştəri toydan dörd il sonra Cənubi Afrikadan olan toy fotoqrafı Lance Romeoya məktub yazıb. Romeo toy zamanı yeni evlənənlərin şəklini çəkib. Qadın bildirib ki, boşandığı üçün keçmiş həyat yoldaşı ilə artıq fotolara ehtiyac duymur, ona görə də Romeo qonorarı qaytarmalıdır.

“Şəkillər gözəl alınıb, amma hamısı boşa çıxıb, çünki boşandıq. Sizə ödədiyimiz pulun geri qaytarılması lazımdır, çünki bu şəkillərə daha ehtiyacımız yoxdur”.

Lance Romeonun müştərisi

Fotoqraf əvvəlcə onunla zarafat edildiyini düşünsə də, tezliklə qadının zarafat etmədiyini anlayıb. O, həqiqətən inanıb ki, boşandığı üçün fotosessiya üçün pulu qaytara bilər. Romeo qonorarı qaytarmayacağını izah edib və onların yazışmalarının skrinşotunu “Twitter”də yerləşdirib.

Romeo yazışmaları artıq yarım milyona yaxın baxış, 500 min bəyənmə və yüzlərlə şərh toplayan qısa videoya çevirib. İstifadəçilər bəzi insanların reallıqdan nə qədər uzaq olduğuna təəccüblənirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2775
avatar

Oxşar yazılar