Amerikanın dünyaca məşhur "Deauville” oteli sökülüb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Florida ştatının Mayami şəhərində yerləşən bu otel 1957-ci ildə tikilib.
Otel inşa edildikdən sonra uzun müddət ərzində “Beatles” qrupu, Tom Cons, Frank Sinatra kimi məşhurları qəbul edib. Hətta Amerika prezidenti Con Kennediyə də ev sahibliyi etməsi ilə daha da şöhrət qazanıb. Beləliklə, uzun müddət “Deauville” dünyanın ən məşhur otellərindən biri olub.
Amma 2017-ci ildə baş verən güclü yanğından sonra sahibləri oteli bağlamaq qərarına gəlib. Bundan sonra amerikalı milyarder iş adamı Stiven Ross binanı almaq istəyib və yerində 107 metr hündürlükdə yeni otel, iqamətgah tikməyi planlaşdırıb. Lakin lazımi icazələri ala bilməyib. Nəticədə bu planı həyata keçirmək mümkün olmayıb.
Beş ildir bağlı olan otel, nəhayət bu il sökülüb. Otelin yerləşdiyi ərazinin taleyi hələlik məlum deyil.