Türk Hava Yollarının pilotu uçuş ərəfəsində qoza allergiyası olan sərnişini təyyarədən qovub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qoz-fındıq allergiyasının yüngül formasından əziyyət çəkən 36 yaşlı britaniyalı Hanna Olsen İstanbul transferi ilə Mançesterdən Keyptauna istirahətə yollanıb.
Uçuşun birinci hissəsi problemsiz keçsə də, Türkiyədə ikinci uçuşa başlamadan öncə ekipajdan təyyarədə tam olaraq nə ilə qidalanacaqlarını soruşmaq qərarına gəlib. O, stüardessaya xroniki xəstəliyindən danışıb və qeyd edib ki, həmişə qidaların tərkibini dəqiqləşdirir.
Xəstəliyi səbəbindən Olsenin uçuş zamanı baş verənlərə görə tam məsuliyyət daşıdığını bildirən sənəd imzalayıb. Uçuşa razılığını imzalayandan on dəqiqə sonra stüardessa geri qayıdıb və sərnişinə pilotun onunla uçmaqdan imtina etdiyini bildirib. Nəticədə qızdan təyyarəni tərk etməsi tələb olunub.
“Çox üzüldüm, bu qeyri-insani idi. Ağlayırdım və digər sərnişinlər uçuşun gecikməsinə görə mənə qəzəbləndilər", - Olsen deyib.
Qadın İstanbulda bir gün qalıb və otelin pulunu öz cibindən ödəyib. Bundan sonra Türk Hava Yolları əlavə ödəniş etmədən onu düzgün istiqamətdə başqa reysə mindirməyə razılaşıb.
“Məndə bu allergiya anadan olan gündən var, hava yolu ilə keçmir. Onların reaksiyası gülünc idi, bir daha heç vaxt xəstəliyim barədə heç nə deməyəcəyəm", - deyən Olsen, allergiyanın ölümcül olmadığını, ancaq ürək bulanmasına və qaşınmaya səbəb olduğunu əlavə edib.