Niyə şəkər qabına dəfnə yarpağı  qoyurlar: bunu bütün sovet evdar qadınları  edirdi
06 sentyabr 2025 18:49 (UTC +04:00)

Niyə şəkər qabına dəfnə yarpağı qoyurlar: bunu bütün sovet evdar qadınları edirdi

0

Sovet dövrünü xatırlayanlar yəqin yaxşı bilirlər: demək olar ki, hər kəsin şəkərqabında dəfnə yarpağı olurdu. Şəkərin içində yarpaq görmək sanki ev sahibəsinin səliqəli və bacarıqlı olduğunu göstərirdi, baxmayaraq ki, hamı onun səbəbini bilmirdi. Əslində isə bu, heç də təsadüfi deyildi.

Lent.az dəfnə yarpağı ilə bağlı bilmədiklərinizi sizə təqdim edir:

Dəfnə yarpağının qoxusu kimi işləyir

Sovet evdar qadınlarının heç nəyi “sadəcə belə” etmirdilər: daimi qıtlıq şəraitində hər şeyə qənaət edir, olanı qorumağa çalışırdılar. Lakin bu üsul indi də faydalı ola bilər.

Məsələ ondadır ki, ədviyyatlı qoxusu olan dəfnə yarpağı təbii həşəratqovucu rolunu oynayır. SSRİ-də yaxşı bilirdilər ki, dəfnə yarpağı şəkərə, kisələrdəki şəkərə, un və ya dənli məhsullara qoyulsa, milçəklər, qarışqalar və başqa “şirin sevənlər” yaxın düşməz.

Dəfnə yarpağını sevməyən digər həşəratlar:

milçəklər,

güvələr,

tarakanlar,

ağcaqanadlar,

gənələr.

Dəfnə yarpağındakı efir yağları kəskin və ədviyyatlı qoxu yayır bu isə təbii baryer kimi işləyir. Ona görə də yalnız quru deyil, təzə dəfnə yarpaqlarını da anbarlarda, şkaflarda və həşəratların toplaşa biləcəyi yerlərdə saxlamaq olar.

Əvəzedicilər

Dəfnə yarpağı əvəzinə mixək, limon qabığı və ya sarımsağın bir dişindən də istifadə etmək mümkündür. Bu üsul 100 faiz zəmanət verməsə də, həmin yerdə həşəratların yaranma ehtimalını azaldır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 465

Oxşar yazılar