Dünyada tanınmış məşhur aktyor və müğənniləri nə üçün günəş, ay, planet yox, məhz ulduz adlandırırıq? Bu barədə düşünmüsünüz?
Lent.az bu ifadənin yaranma tarixçəsini təqdim edir.
Bu ifadə orta əsrlərdən işlədilməyə başlayıb. XIV əsrdə İngiltərədə yaşayan şair Cefri Çoser öz əsərlərini hər kəs kimi latın yox, doğma ingilis dilində yazırdı. Məhz dövrünün ən məşhur şairi olan və ədəbi ingilis dilinin banisi sayılan Çoser tanınmış simaları ulduz adlandırmağa başlamışdı. Bununla o tanınmış, yaradıcı insanların fövqəlbəşər olmalarına, yer adamları olmadıqlarına diqqət çəkirdi.
İlk vaxtlar yalnız teatr aktyorlarına ulduz deyilirdi. Hər halda “Oksford lüğəti”ndə belə qeyd edilib.
Məşhurlar haqqında bu ifadə yazılı ədəbiyyatda ilk dəfə 1751-ci ildə işlədilib. Beləliklə 18-ci əsrdə ulduzlar göydən yerə "düşüb", seçilmiş insanlara çevrildilər.