Naxçıvanı tərk edən sovet təyyarəsi necə qəzaya düşüb? - 30 il əvvəl baş verən FACİƏ
01 avqust 2022 02:20 (UTC +04:00)

Naxçıvanı tərk edən sovet təyyarəsi necə qəzaya düşüb? - 30 il əvvəl baş verən FACİƏ

LENT.AZ AZƏRBAYCANLA BAĞLI TƏYYARƏ QƏZALARI SERİYASINDAN 24-CÜ YAZINI TƏQDİM EDİR.

Tarix: 14 iyul 1992-ci il.

Sovet ordusu müstəqilliyin heç bir ili tamam olmayan Azərbaycanı tədricən tərk edirdi. 

Lent.az-ın xəbərinə görə, proses digər keçmiş sovet respublikalarına nisbətdə dinc keçirdi. Başqa ölkələrdə olduğu kimi hərbçilərin ailələrinə hücumlar baş vermirdi. Lakin təxliyə zamanı kifayət qədər qəza baş verdi ki, bu da tələsgənlikdən və texniki səbəblərdən baş verirdi. 

Strateji mövqeyinə görə Naxçıvan Muxtar Respublikasında sovet ordusunun böyük hərbi kontingenti vardı. Hərbçi ailələrinin çıxarılması aviasiya ilə həyata keçirilirdi. Səbəb Ermənistan ərazisindən keçən dəmir yol xəttindən istifadənin qeyri-mümkünlüyü idi.
Beləliklə, isti iyul günlərinin birində Rusiyanın Şimali Qafqaz hərbi dairəsinə məxsus An-12 təyyarəsi hərbçilərin ailələrini daşımaq üçün Naxçıvana gəlir. Təhqiqat sənədlərinə görə, 27 sərnişin götürən hava gəmisi Rostova getmək üçün start xəttinə gəlir. Təyyarə hərəkətə keçir və sürət 230 km/saata çatsa da, havaya qalxa bilmir və uçuş zolağının sonundakı beton səddə çırpılaraq parçalara bölünür və alışır.  23 sərnişin və 6 heyət üzvü həlak olur. Uçuş heyətindən yalnız komandir xilas ola bilir. Sərnişinlərin isə cəmi 4 nəfəri qəzadan yüngül xəsarətlə xilas olur.

İstintaq komissiyasının sənədinə görə, qəzaya ekipajın səhvi səbəb olub. Hər 4 mühərrikin idarəetmə dəstəyi 0 vəziyyətində olub və yanacaq kəsilib. 

Burada bir ziddiyyətli məqam dərhal gözə çarpır: Arxiv sənədlərində 29 nəfər öldüyü göstərilsə də, o dövrün qəzetlərində 36 nəfərin öldüyü göstərilir və hamısının adı, soyadı və vəzifələri qeyd edilir. Yalnız təyyarəyə son anda minən Naxçıvan MR sakininin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5301
avatar

Oxşar yazılar

İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

13 dekabr 2024 , 02:05
Qadının əri hansıdır?  Əyləncəli 5 saniyəlik TEST

Qadının əri hansıdır? Əyləncəli 5 saniyəlik TEST

13 dekabr 2024 , 00:15
13-cü Cümə günündən qorxmalıyıqmı?

13-cü Cümə günündən qorxmalıyıqmı?

13 dekabr 2024 , 00:01
XXI əsrin qullar ölkəsi

XXI əsrin qullar ölkəsi

12 dekabr 2024 , 20:15
Avropanın bu ölkəsində zibil polisi  var

Avropanın bu ölkəsində zibil polisi var

12 dekabr 2024 , 13:09
Bu göldə kim çimirsə dönüb sarışın olur

Bu göldə kim çimirsə dönüb sarışın olur

12 dekabr 2024 , 12:04
Hər bürcün həyatında  ən əlamətdar   illər

Hər bürcün həyatında ən əlamətdar illər

12 dekabr 2024 , 09:09
İlin ən pis 10  video oyunu   AÇIQLANDI -VİDEO

İlin ən pis 10 video oyunu AÇIQLANDI -VİDEO

12 dekabr 2024 , 00:21